![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Avqustun 22-də Qobustan Gənclər evində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə narkomaniya, alkoqolizm və digər neqativ halların profilaktikası, eləcə də sağlam həyat tərzinin təbliğ edilməsi məqsədilə “Narkomaniya və digər zərərli vərdişlərin profilaktikası” mövzusunda seminar keçirilib.
Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun məsləhətçiləri, Gənclər evi SXM-nin əməkdaşları və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edənlər bildiriblər ki, narkomaniya və digər zərərli vərdişlərlə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı, bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.