![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, İsmayıllı Olimpiya İdman Kompleksinin və İsmayıllı Kikboksinq İdman Klubunun birgə təşkilatçılığı ilə 20 avqust 2023 - cü il tarixində İsmayıllı Olimpiya İdman Kompleksində “Kikboksinq” idman növü üzrə rayon birinciliyi keçirildi.
Kikboksinq idman növü üzrə rayon birinciliyinin keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin təbliği, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq durması, kikboksinq idman növünün inkişafı, kütləviliyin təbliği və təşviqi, idmançıların təlim-məşq prosesinin təkmilləşdirilməsi və idman ustalığının yüksəldilməsi, eləcə də, güclü, perspektivli idmançıların aşkar edilməsi, rayonun kikboksinq idman növü üzrə yığma komandasının tərkibinin müəyyən edilməsi, yeniyetmə və gənc idmançıların vətənpərvərlik ruhunun yüksəldilməsidir.
Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəis müavini, idman sektorunun müdiri, İsmayıllı Olimpiya İdman Kompleksinin meneceri və İsmayıllı Kikboksinq İdman Klubunun direktoru iştirak etdilər.
Ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra yarışa start verildi.
Yarışlar Azərbaycan Kikboksinq Federasiyasının qəbul etdiyi müvafiq qaydalara əsasən keçirildi.
Birincilikdə ümumilikdə 38 nəfər iştirak etdi. Sonda hər çəki dərəcəsində I, II, III yerlərə layiq görülən idmançılar Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsi tərəfindən diplomlarla mükafatlandırıldılar.