veten informasiya agentliyi

YAP Ağcabədi rayon təşkilatında Videokonfrans keçirilmişdir

Tarix:16-10-2021, 20:27
Baxış Sayı:79

Oktyabr ayının 16-da YAP Ağcabədi rayon təşkilatı “Dövlət Müstəqilliyinin bərpası”nın 30-cu ildönümü münasibətilə videokonfrans keçirmişdir.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov videokonfransı açıq elan etmiş, Azərbaycanın Dövlət Müstəqilliyi və Ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Təşkilat sədri Rövşən Əhmədov məruzə edərək qeyd etdi ki, Bu gün Azərbaycan təkcə sosial-iqtisadi istiqamətdə deyil, elm, incəsənət və mədəniyyət sahəsində də dünyanın sürətlə inkişaf etməkdə olan gənc dövlətlərindən biridir. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təhsil şəbəkəsinin müasir tələblər səviyyəsində qurulması, dünyanın bir çox dövlətlərilə hərtərəfli mədəni əlaqələr ölkəni regionun aparıcı dövlətlərindən biri kimi tanıdıb. Azərbaycan bundan sonra öz müstəqilliyini daha da möhkəmləndirəcək, 44 günlük şanlı Zəfər Qələbəsi ilə işğaldan azad edilmiş ərazilərimizdə sürətlə həyata keçirilən quruculuq və pərpa işləri Respublikamızın İqtisadi potensialını daha da artıracaqdır. Cənab İlham Əliyev müharibə dövründə bir sərkərdə kimi, müharibədən sonrakı dövrdə isə ölkədə böyük quruculuq, inkişaf layihələrinin müəllifi olaraq novator- islahatçı Prezident kimi imic qazanmışdır.
Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurmuş, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa etmişdir. Beləliklə, 1918-ci ildə İstiqlal Bəyannaməsinin qəbul olunduğu 28 may Azərbaycan Respublikasında müstəqillik günü, 1991-ci ildə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabr isə müstəqilliyin bərpası günü hesab olunması daha düzgün hesab edilməlidir.
Bununla bağlı Azərbaycan Respublikasının Milli Məclisi oktyabrın 12-də keçirdiyi plenar iclasında Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara almışdır ki, hər il Mayın 28-i Müstəqillik Günü, Oktyabrın 18-i Müstəqilliyin Bərpa olunması günü kimi qeyd edilsin.
Rövşən Əhmədov sonda qeyd etmişdir ki, Ümummilli liderimiz Heydər Əliyev müstəqilliyimiz haqda dediyi məhşur ifadə ilə çıxışımı yekunlaşdırmaq istəyirəm: "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir". Müstəqilliyimizin əbədi, daimi və dönməz olması üçün isə, təbiidir ki, ölkəmizin hər bir vətəndaşı səylə çalışmalı, üzərinə düşən vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirməlidir.
Konfransda Yeni Qaradolaq YAP ərazi ilk təşkilat sədri Bayram İsmayılov, 5 saylı ərazi ilk təşkilatının sədri Fəridə Allahverdiyeva, ADPU-nun Ağcabədi filialının direktor müavini, dosent Mahir Səlimov, Ağcabədi Pedaqoji Kollecinin şöbə müdiri, II Qarabağ müharibəsinin iştirakçısı Bəxtiyar Əliyev, YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin üzvü Röyalə Yaqubzadə çıxış edərək Dövlət Müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, məsələ ilə bağlı öz fikirlərini bölüşmüşlər.
YAP Ağcabədi rayon təşkilatının
aparat rəhbəri: N.Bünyatov

Millət vəkili Keşlə sakinlərinin problemlərini dinləyib
Millət vəkili Keşlə sakinlərinin problemlərini dinləyib
Könül Nurullayeva: “Azərbaycan Ordusu bir il əvvəl Laçın rayonunu hərbi yolla azad etmək gücündə idi”
Könül Nurullayeva: “Azərbaycan Ordusu bir il əvvəl Laçın rayonunu hərbi yolla azad etmək gücündə idi”
EKTİS-də payızlıq əkinlərin bəyanı davam edir – BÖLGƏLƏRDƏ MƏLUMATLANDIRMA SESSİYALARI
EKTİS-də payızlıq əkinlərin bəyanı davam edir – BÖLGƏLƏRDƏ MƏLUMATLANDIRMA SESSİYALARI
Könül Nurullayeva beynəlxalq tədbirdə Azərbaycanda qadınların ictimai-siyasi fəallığından danışıb
Könül Nurullayeva beynəlxalq tədbirdə Azərbaycanda qadınların ictimai-siyasi fəallığından danışıb
İkili diplom proqramı çərçivəsində ADAU-da fəaliyyət göstərən alim mötəbər elmi mükafata layiq görülüb
İkili diplom proqramı çərçivəsində ADAU-da fəaliyyət göstərən alim mötəbər elmi mükafata layiq görülüb
Bərdə və Tərtərdə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstələri müəyyən edilib
Bərdə və Tərtərdə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstələri müəyyən edilib
Maliyyə dələduzluq piramidası yaradaraq vətəndaşların pulunu ələ keçirən “Crowd-1” şirkətinin ölkə ərazisindəki mütəşəkkil dəstəsinin üzvləri saxlanılıblar
Maliyyə dələduzluq piramidası yaradaraq vətəndaşların pulunu ələ keçirən “Crowd-1” şirkətinin ölkə ərazisindəki mütəşəkkil dəstəsinin üzvləri saxlanılıblar
Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verildi
Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verildi