veten informasiya agentliyi

Akademik Musiqili Teatrın işıqçısı, şəhid Əliağa Məmmədova həsr edilən xatirə lövhəsinin açılışı oldu

Tarix:27-07-2021, 09:23
Baxış Sayı:315

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının işıqçısı, Vətən Müharibəsi şəhidi Əliağa Məmmədovun anım günündə ona həsr edilən xatirə lövhəsinin açılışı olub.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, vətən uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində iştirak edən Xalq artisti Fatma Mahmudova, tanınmış telejurnalist, Əməkdar Mədəniyyət işçisi, Telli Pənahqızı və teatrın digər əməkdaşları Əliağanın nurlu xatirəsindən söhbət açıblar, cəsarətinə, mübarizə əzminə görə onu Milli Qəhrəman hesab etdiklərini bildiriblər.
Mərasimdə Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri, o cümlədən şəhidin əsgər yoldaşları, ailə üzvləri, media nümayəndələri və digər qonaqlar da iştirak ediblər.
Qeyd edək ki, Əliağa Eldəniz oğlu Məmmədov 26 iyul 2001-ci ildə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub.
Milli Qəhrəman Nazim İsmayılov adına 80 saylı tam orta məktəbi bitirdikdən sonra özünü idman sahəsində sınayıb, "Cüdo" üzrə müxtəlif yarışlarda çıxışları ona medallar və sertifikatlar qazandırıb.
Peşə təhsili alandan sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işıqçı kimi fəaliyyətə başlayıb. Elə hərbi xidmətə də çalışdığı doğma teatrdan yola düşüb. Teatrın qaranlıq səhnəsini işıqlandıran bu gənc vətən qarşısındakı müqəddəs borcunu da layiqincə yerinə yetirib.
Ağır döyüşlərin birində düşmənin hücumu zamanı Əliağa tabor komandirinin həyatını öz canı bahasına xilas edir və elə həmin döyüşdə (06.10.2020-cı il) şəhidlik zirvəsinə ucalır.
Ruhu şad olsun.

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib

Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə

Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib

Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb