veten informasiya agentliyi

Əmlak Məsələləri Dövlət Xidməti Coğrafi İnformasiya Sistemləri (CİS) sahəsində ABŞ şirkəti ilə əməkdaşlıq edəcə

Tarix:26-11-2020, 11:58
Baxış Sayı:295

Əmlak Məsələləri Dövlət Xidməti Coğrafi İnformasiya Sistemləri (CİS) sahəsində  ABŞ şirkəti ilə əməkdaşlıq edəcə

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə ABŞ-ın “ESRI” şirkəti arasında Coğrafi İnformasiya Sistemləri (CİS) sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Onlayn formatda keçirilən tədbirdə İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Azərbaycanda iqtisadi və coğrafi informasiya sahəsi üzrə həyata keçirilən tədbirlər barədə məlumat verib və “ESRI” şirkəti ilə əməkdaşlığın genişləndiriləcəyini diqqətə çatdırıb.

“ESRI” şirkətinin nümayəndəsi Sohail El Abd təmsil etdiyi şirkətin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, hazırda dünyada Coğrafi İnformasiya Sistemləri (CİS) 50%-dən çoxu bu şirkətə məxsus texniki platformalarda hazırlanır və şirkət dünyanın 73 ölkəsi ilə bu istiqamətdə əməkdaşlıq edir. Sohail El Abd regionun sürətlə inkişaf edən ölkəsi olan Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov Xidmətin daşınmaz əmlak idarəçiliyi sahəsində Torpaqların Elektron Kadastr Uçotu və Ünvan Reyestri informasiya sistemlərinin istismara verildiyini, hazırda milli məkan məlumatlarının formalaşdırılması, müvafiq informasiya sisteminin yaradılması və onun Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Rüstəm Şahbazov layihələrin qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, peşəkar İT həllərinə əsaslandığını və bu baxımdan “ESRI” şirkəti ilə imzalanan Anlaşma Memorandumunun önəmini vurğulayıb

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb