veten informasiya agentliyi

Bu gecə Yer kürəsi vurulacaq - Xəbərdarlıq edildi

Tarix:13-03-2026, 16:36
Baxış Sayı:71

Bu gecə Yer kürəsi vurulacaq - Xəbərdarlıq edildi

Bu gün Yer kürəsində güclü maqnit qasırğası gözlənilir. Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası xəbərdarlıq edir ki, Günəşdəki nəhəng koronal dəlik planetimizdə geomaqnit dalğalanmalarına səbəb olacaq.
Son sutka ərzində Günəş küləyinin sürəti artıb və bu, geomaqnit indekslərinin yüksəlməsinə gətirib çıxarıb. Alimlərin bildirdiyinə görə, budəfəki qasırğanın mənbəyi Günəşin cənub qütbündən şimal qütbünə qədər uzanan və vizual olaraq böyük bir "çat"ı xatırladan nəhəng koronal dəlikdir.
Mütəxəssislər qeyd edir ki, həmin struktur bir ay əvvəl də aktiv olub və həmin vaxt Yer kürəsində G1-G2 (orta) səviyyəli maqnit qasırğaları yaradıb. Hazırda dəliyin forması və ölçüsü dəyişmədiyi üçün builki təsirin də oxşar gücdə olacağı proqnozlaşdırılır.
Hesablamalara görə, maqnit qasırğası 13 mart gecə yarısına yaxın başlayacaq.
Əgər proqnozlar özünü doğrultsa, qasırğanın təsirindən bir çox bölgələrdə nadir təbiət hadisəsi olan şimal parıltısı müşahidə edilə bilər.
Xatırladaq ki, maqnit qasırğaları zamanı meteohəssas insanlarda baş ağrısı, halsızlıq və təzyiq dəyişikliyi müşahidə oluna bilər.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu