veten informasiya agentliyi

"Ola bilsin ki, məni bir daha görmədiniz" - Özcan Dənizdən müəmmalı açıqlama

Tarix:29-09-2025, 09:55
Baxış Sayı:119

 "Ola bilsin ki, məni bir daha görmədiniz" - Özcan Dənizdən müəmmalı açıqlama






Məşhur müğənni Özcan Dəniz İstanbulda baş tutan konserti zamanı pərəstişkarlarıını narahat edən açıqlama ilə çıxış edib.

Özcanın gözlənilməz sözləri şok effekti yaradıb və müzakirələrə səbəb olub.

"Həyat məni heç vaxt istəmədiyim yerə sürükləyir. Arzuolunmaz hadisələrin olma ehtimalı yüksəkdir. Ola bilsin ki, məni bir daha görməyəcəksiniz. 30 ildir arxamda dağ kimi dayandığınız üçün sizə sonsuz təşəkkür edirəm", - müğənni söyləyib.

Dinləyiciləri onun bu açıqlamasının mənasını başa düşməkdə çətinlik çəkiblər. Sosial şəbəkələrdə ifaçının sözlərini səhnələrə vida kimi şərh edənlərlə yanaşı, bunun intihar siqnalı ola biləcəyini iddia edənlər də olub.

Qeyd edək ki, Özcan Dəniz son zamanlar şəxsi həyatı ilə, xüsusilə də qardaşı ilə yaşadıqları problemlərlə gündəmi məşğul edir.

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş