veten informasiya agentliyi

Tibbdə inqilabi yenilik - Hər orqanın yaşını ayrıca yoxlamaq mümkün oldu

Tarix:25-09-2025, 10:33
Baxış Sayı:107

Tibbdə inqilabi yenilik - Hər orqanın yaşını ayrıca yoxlamaq mümkün oldu 

Alimlər insan orqanizm sistemlərinin fərqli sürətlə yaşlandığını aşkarlayıblar.

Araşdırma "Nature Aging" jurnalında dərc edilib.

Əvvəllər ürək, ağciyər, beyin və digər orqanların eyni sürətlə qocaldığı düşünülürdü.  İndiyədək mövcud metodlar yalnız ümumi bioloji yaşı göstərirdi və hansı sistemin risk altında olduğunu göstərmirdi. Bu problemi həll etmək üçün alimlər qan analizinə əsaslanan yeni üsul hazırlayıblar. 

Tədqiqatçılar təxminən 7 mindən çox insanın tibbi məlumatlarını toplayıb: xəstəlik tarixçəsi, standart analiz nəticələri, əzələ gücü və digər göstəricilər. Sonra xolesterol və şəkər səviyyəsi kimi müxtəlif orqanların yaşa uyğun dəyişməsini əks etdirən məlumatlarla müqayisə edilib və epigenetik göstəricilər ilə əlaqələndirilib.

Alimlər "Systems Age" testini hazırlayıblar. Bu test ürək, ağciyər, beyin, immun və metabolik sistemlər daxil olmaqla 11 fərqli sistem üçün ayrıca "yaş balı" hesablayır.

Test 7 mindən çox insan üzərində sınaqdan keçirilib və məlum olub ki, yeni üsul ənənəvi epigenetik saatlardan daha dəqiq xəstəlik riskini proqnozlaşdırır. Məsələn, ürəyin "yaşı" ürək-damar xəstəliklərinin riskini ümumi bioloji yaş göstəricisindən daha dəqiq müəyyən edir.

Həkimlər artıq profilaktika və müalicəni daha dəqiq təyin edə biləcəklər.

"Məsələn, immun sistemi daha sürətlə yaşlanırsa, onu gücləndirmək üçün strategiyalar tövsiyə oluna bilər. Əgər ürəyin yaşı yüksəkdirsə, diqqəti təzyiqin nəzarətinə, pəhrizə və ya kardioloji dərmanlara yönəltmək lazımdır", - deyə tədqiqatın müəllifi Morgan Levin bildirib.

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş