veten informasiya agentliyi

Rusiya XİN AZAL-ın qəzaya uğramış təyyarəsi ilə bağlı sığorta ödənişlərinin edildiyini açıqlayıb

Tarix:5-09-2025, 10:29
Baxış Sayı:118

 Rusiya XİN AZAL-ın qəzaya uğramış təyyarəsi ilə bağlı sığorta ödənişlərinin edildiyini açıqlayıb

"Əslində Rusiya Xarici İşlər Nazirliyinin açıqlaması manipulyasiya və həqiqətlərin təhrifidir".




Bu fikirlər Musavat.com-un Rusiya XİN-in 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya tərəfindən sığorta vəsaitinin ödənilməsi barədə yaydığı məlumata şərhində bildirilib:




"Sözügedən ödənişlər AZAL təyyarəsinin qəzasına görə Rusiya dövlətinin verdiyi kompensasiya deyil, sərnişinlərin fərdi sığorta müqavilələri əsasında ödənilən məbləğlərdir. Fakt odur ki, Rusiya qəzanın məsuliyyətini qəbul etməyib və birbaşa faciə üzrə kompensasiya ödəməyib. Yəni ödənişlərin qaynağı sərnişinlərin şəxsi, təyyarənin isə korporativ sığortasıdır. Buna görə də Rusiya XİN-in "1 milyardlıq sığorta ödənişi" açıqlaması sadəcə saxta görüntü yaratmaq və məsuliyyəti gizlətmək məqsədi daşıyır. Ekspertlər bunu Kremlin tipik informasiya təbliğatı kimi qiymətləndirir, faciədən siyasi məqsədlərlə istifadə etmək və ictimai rəyi çaşdırmaq cəhdi adlandırırlar",- deyə əlavə edilib.



















04 sentyabr, 21:30




Rusiya Xarici İşlər Nazirliyi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya tərəfindən sığorta vəsaitinin ödənilməməsi barədə məlumatlara aydınlıq gətirib.




Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) "Telegram" kanalında məlumat verilib.




Rusiya XİN-dən bildiriblər ki, təyyarənin xəsarət almış sərnişinlərinə və həlak olanların yaxınlarına ümumilikdə 358.4 milyon rubl (təqribən 7,4 milyon manat - red.) məbləğində sığorta ödənişi edilib:




"Reysin 62 sərnişindən 46-nın xəsarət alması və ölməsi ilə bağlı iddialar tam nizamlanıb, o cümlədən Rusiya vətəndaşlarının 15-dən 7-nin, 38 Azərbaycan vətəndaşından 35-nin, Qırğızıstanın 3 vətəndaşının, Qazaxıstanın 6 vətəndaşından 1-nə ödənişlər tam təmin edilib. Zərərçəkmişlər və ölənlərin yaxınları ilə tam nizamlanma məqsədilə ödəniş məbləğlərinin razılaşdırılması istiqamətində işlər davam edir".

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu