veten informasiya agentliyi

Ukrayna üçün ən yaxşı ssenari: Dərhal bu addımı atmalıdır

Tarix:4-09-2025, 10:56
Baxış Sayı:100

 Ukrayna üçün ən yaxşı ssenari: Dərhal bu addımı atmalıdır

Qərb analitikləri hesab edir ki, hazırda Ukrayna ilə Rusiya arasında döyüşlərin dondurulması ölkə üçün ən real və faydalı çıxış yoludur.

Geopolitik strateq və politoloq Mark Brolin “The Telegraph” qəzetinə açıqlamasında Qərbin Kiyevə döyüş meydanında qələbə üçün lazım olan resursları verməkdə tərəddüd etdiyini bildirib.

Onun fikrincə, müvəqqəti atəşkəs Ukraynaya müdafiəsini və iqtisadiyyatını gücləndirmək üçün vaxt qazandıracaq.

Brolin bu yanaşmanı “Koreya tipli dondurulmadan Almaniya tipli sonluğa doğru” adlandırıb. Yəni qısa müddətlik fasilə verilir, lakin işğal olunmuş ərazilərin hüquqi baxımdan tanınması rədd edilir. Eyni zamanda Ukraynanın gələcəkdə ərazilərini azad etmək üçün resurslara sərmayə yatırılır.

Ekspertin fikrincə, zaman Ukraynanın xeyrinə işləyəcək. O, bunu üç əsas amillə izah edib: Birincisi, Rusiyanın zəifləyən iqtisadiyyatı, ikincisi, ABŞ-ın daxili siyasətindəki məhdudiyyətlər və son olaraq, Avropanın tədricən Rusiyadan enerji asılılığından çıxması.

Bununla yanaşı, Brolin qeyd edib ki, belə bir “dondurulma” yalnız müəyyən şərtlər daxilində mümkündür. Ərazilərin statusu tanınmamalı, Ukraynaya çoxsəviyyəli təhlükəsizlik zəmanətləri verilməli, Rusiya tərəfindən pozuntu halında avtomatik sanksiya mexanizmləri işə salınmalı və azad edilmiş ərazilərlə işğal altında olan bölgələr arasında yaşam fərqini azaltmaq üçün investisiya proqramları həyata keçirilməlidir.

DİM I və IV qruplara qəbul imtahanı keçirir
DİM I və IV qruplara qəbul imtahanı keçirir
Zaqatalada qəza: İki nəfər yaralandı
Zaqatalada qəza: İki nəfər yaralandı
Güləşçimiz Hacı Kərimov Avropa çempionu oldu
Güləşçimiz Hacı Kərimov Avropa çempionu oldu
Tovuz döyüşlərindən 6 il ötür
Tovuz döyüşlərindən 6 il ötür
Qətər raket hücumunu dəf etdi
Qətər raket hücumunu dəf etdi
Kiyevə ballistik raketlərlə hücum - Yaralılar var
Kiyevə ballistik raketlərlə hücum - Yaralılar var
847 milyonluq layihə - PUA-lara qarşı lazer silahı hazırlanır
847 milyonluq layihə - PUA-lara qarşı lazer silahı hazırlanır
Moldovada yeni qarşıdurma xətti - Rusiya nə istəyir?
Moldovada yeni qarşıdurma xətti - Rusiya nə istəyir?