veten informasiya agentliyi

İranda şok: Bayrağımızın əksi olan mallar qadağan edildi

Tarix:26-04-2025, 14:38
Baxış Sayı:156

İranda şok: Bayrağımızın əksi olan mallar qadağan edildiİranın ən böyük onlayn alış-veriş və satış platforması olan “Digikala” internet saytı Azərbaycan Respublikasının bayrağının simvollarını ABŞ və İsraillə yanaşı düşmən ölkələr və qadağan olunmuş mallar siyahısına salıb.

Bu barədə saytda yerləşdirilən məlumatda bildirilir.

Belə ki, “Digikala”nın rəsmi səhifəsində ABŞ, İsrail və Azərbaycan kimi ölkələrin bayrağının və ya simvolunun əks olunduğu malların (köynək, futbolka və s.) satışının qadağan olunduğu açıq-aydın qeyd olunub.

Siyahıda “düşmən” ölkələrlə əlaqəli bayraq rəngləri və simvollar olan malların istehsalı və təqdim edilməsinin qadağan edildiyi, bu malların İranın sisteminə zidd siyasi məqsədləri olduğu və bu səbəbdən satışının qarşısının alındığı bildirilir.

İŞİD və Taliban kimi qruplarla yanaşı, Azərbaycanın da bu siyahıya salınması sosial şəbəkə istifadəçilərin geniş reaksiyası ilə üzləşib.

Qeyd edək ki, onlayn satış platformasında Azərbaycan bayrağının özünün satılmasına qadağa yoxdur.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu