veten informasiya agentliyi

"Google" "Android" istifadəçilərini KÖMƏKSİZ QOYACAQ - Sevindirici xəbər də var

Tarix:15-03-2025, 23:36
Baxış Sayı:183

"Google" "Android" istifadəçilərini KÖMƏKSİZ QOYACAQ - Sevindirici xəbər də var"Google", "Android" cihazlarında "Google Assistant" səsli köməkçisini "Gemini" adlı yeni süni intellekt köməkçisi ilə əvəz etməyi planlaşdırdığını açıqlayıb.

Bu barədə şirkətin bloqunda məlumat verilib.

Şirkət qarşıdakı bir neçə ay ərzində əksər istifadəçilərin yeni köməkçiyə keçməyini planlaşdırır. Bundan sonra "Google Assistant"a giriş əksər mobil cihazlarda və proqram mağazalarında dayandırılacaq.

Şirkət həmçinin təsdiqləyib ki, yeniləmələr planşetlərə, avtomobil sistemlərinə və qulaqlıq və smart saat kimi smartfonlara qoşulan cihazlara təsir edəcək. Bundan əlavə, "Gemini", dinamiklər, displeylər və televizorlar da daxil olmaqla, "Google"un ağıllı ev cihazları üçün əsas olacaq.

"Google", "Gemini"nin təqdimatına hazırlaşarkən, istifadəçi təcrübəsinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirildiyini vurğulayıb. "Android" cihazları üçün yeni funksiyalara artıq musiqi ifa etmək, taymerlərə dəstək və hərəkətləri birbaşa kilid ekranından idarə etmək imkanı daxildir.

Bu yeniliyin Azərbaycanda necə işləyəcəyi bəlli deyil.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu