veten informasiya agentliyi

İraqın daha bir vilayətində türk dili rəsmi oldu

Tarix:28-02-2025, 19:24
Baxış Sayı:208

İraqın daha bir vilayətində türk dili rəsmi olduİraqda Kərkükdən sonra Səlahəddin vilayətində də dövlət qurumlarında aparılan bütün rəsmi yazışmalarda ərəb dili ilə yanaşı, türk dili də istifadə ediləcək.

Səlahəddin Vilayət Şurasının üzvü Atıf ən-Nəccar İraq Konstitusiyasının 4-cü maddəsinə əsasən, türkmənlərin sıx yaşadığı bölgələrdə türk dilinin rəsmi dil statusu daşıdığını və rəsmi yazışmalarda istifadə hüququna malik olduğunu, buna görə də şəhər mərkəzində, rayon və qəsəbələrdə bütün rəsmi sənədlərdə türk dilinin istifadə olunacağını bildirib.

O, qanunda yer almasına baxmayaraq, bu hüququn indiyədək tətbiq olunmadığını qeyd edib. Bununla yanaşı, dövlət qurumlarının lövhələrində də türk dilinə yer veriləcəyini vurğulayıb.

Səlahəddin vilayətində türkmənlərin ərəblərdən sonra ikinci ən böyük etnik qrup olduğunu bildirən Nəccar bu addımın türkmənlərin ölkə üzrə bütün hüquqlarının qorunması məqsədilə atıldığını qeyd edib.

Yerli əhali bu addımı uzun illər gözlədiyini və bunun bir arzunun gerçəkləşməsi olduğunu bildirib.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu