veten informasiya agentliyi

Ukraynanın düşdüyü bu vəziyyətə görə Zelenski günahkardırmı?

Tarix:18-02-2025, 07:59
Baxış Sayı:158

Ukraynanın düşdüyü bu vəziyyətə görə Zelenski günahkardırmı?

“Bu, Azərbaycan cəmiyyətində də ən çox müzakirə edilən, fikirlərin haçalandığı məsələdir. Zelenskinin siyasətçi, dövlət başçısı kimi səhvləri, yanlış qərarları ola bilər, amma baş verənlərə görə “əsas günahkar” elan olunması doğru deyil”.

Bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, birincisi, 2014-cü ildə Rusiya ilə başlanan münaqişə Zelenskiyə miras qalıb və yaranmış vəziyyəti dəyişdirmək çətin idi:

“İkincisi, Qərb 2014-cü ildə Donbas müharibəsinin başlandığı dövrdən etibarən, heç vaxt Ukraynaya tam dəstək verməyib: “Normand formatı”ndakı danışıqlarda Almaniya və Fransa daha çox Rusiya ilə anlaşmaq xəttini izləyirdi, nəinki Ukraynanın ərazi bütövlüyünün bərpasını; 2022-ci ildə Rusiyanın hücumundan sonra da Qərbdən istənilən dəstək gəlmədi, hətta Avropa ölkələri Ukraynaya “onsuz da duruş gətirə bilməyəcəksiniz” deyirdilər; Qərbin əsas məqsədi müharibənin Ukrayna sərhədlərindən kənara çıxmaması, Avropaya sıçramaması olub;

Üçüncüsü, Zelenski müharibənin başlamamasına çalışırdı, hətta Donbas məsələsinin həlli üçün alternativ platformalar da axtarıb: bunun üçün 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaranmış təcrübədən – problemin regional müstəvidə həlli variantından da istifadə etmək istəyirdi, Türkiyə ilə yaxınlaşmaq, Ankaranın vasitəçiliyindən istifadə etmək siyasəti buna hesablanmışdı, lakin imkan verilmədi”.

A.Nərimanlı qeyd edib ki, Ukrayna müharibəsi geosiyasi hesablaşmanın tərkib hissəsi idi və Zelenski yox, başqa biri olsaydı da, bu başlayacaqdı:

“Müharibə başlayanda bu haqda yazmışdıq: hədəf Avropanın “güc mərkəzi” olmaq, Çinin qlobal gücə çevrilmək planlarının qarşısını alınması və ABŞ-ın lider olduğu təkqütblü sistemin qorunmasıdır; Bayden və Tramp administrasiyasının fərqli yanaşmaları olsa da, hədəf eynidir və müəyyən qədər də olsa, buna nail olunub. Rusiyanın da əsas hədəfi yeni geosiyasi şərtlərdə “regional” yox, “dünya gücü” kimi qəbul edilmək idi. Ukrayna bu geosiyasi hesablaşmada poliqon kimi istifadə edildi”.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu