veten informasiya agentliyi

Nüvə riskinin sərhədimizə sıçrayan dalğası: İrəvan hücuma keçəcək

Tarix:22-11-2024, 14:56
Baxış Sayı:175

Nüvə riskinin sərhədimizə sıçrayan dalğası: İrəvan hücuma keçəcək

Rusiya-Ukrayna müharibəsi və nüvə təhdidinin aktuallaşması fonunda Ermənistanda Azərbaycanla yeni hərbi toqquşma iddiaları müzakirə olunur. Halbuki, COP29 tədbirindən sonra – dekabrda tərəflərin sülh müqaviləsinin mətni üzərində yenidən aktiv şəkildə işləyəcəyinə dair rəsmi açıqlamalar var. Ermənistan mediası isə COP29-dan sonra sərhəd boyu ərazilərdə gərginliyin artacağı iddialarını irəli sürür.

Diqqətçəkən əsas iddia “Hraparak” nəşri tərəfindən irəli sürülüb.

Nəşr yazır ki, Paşinyan Əliyevin Konstitusiya dəyişikliyi və İstiqlal bəyannaməsindən imtina tələbini yerinə yetirməyi düşünür: “Lakin bunun üçün referendumu indi keçirə bilməz. Əvəzində erkən seçkilər keçirmək və qalib gəldikdən sonra bu məsələni həll etmək niyyətindədir. Lakin seçkinin nə vaxt keçirilməsindən asılı olmayaraq, Paşinyanın “sülh çağırışının” vacibliyini təsdiqləmək üçün təlatümlərin, xüsusilə hərbi toqquşmaların olması vacibdir. Bu halda prosesin məntiqi sonluğu danışıqlar və razılaşma olacaq”.

Nəşrin bu iddiası ictimai rəyi Paşinyan hakimiyyətinin addımlarına qarşı kökləmək olsa da, Ermənistanın sərhəd boyu ərazilərdə yeni təxribatlara əl ata biləcəyinin anonsu da hesab oluna bilər. Bu, baş verənlər – həm Bakı-İrəvan danışıqlarındakı vəziyyət, həm də Qərb-Rusiya qarşıdurması fonunda da mümkün ssenarilərdəndir.

Sərhəddə mümkün təxribatlar və eskalasiyanın yaranması Ermənistan hakimiyyəti üçün Azərbaycanın tələblərinin gündəmdən çıxarılması, yaxud qısamüddətli olsa da, gündəmi məşğul edərək, vaxt qazanmaq baxımından sərfəlidir. Bununla yanaşı, rəsmi İrəvan eskalasiya yaradaraq, sülhün əldə edilməsi üçün razılaşdırılmış bəndlər üzrə sazişin imzalanmasına beynəlxalq dəstək də qazanmağa çalışa bilər. Çünki mümkün hərbi gərginlik “sülhün qısa müddətdə əldə edilməsi” çağırışlarını da gündəmə gətirəcək.

Baş verə biləcək eskalasiya Rusiya ilə qarşıdurmanı Cənubi Qafqaza köçürmək istəyən Qərb üçün də sərfəli ola bilər. Söhbət Azərbaycan-Ermənistan sərhədində Rusiyaya qarşı hərbi cəbhənin açılmasından getmir. Burada məqsəd mümkün hərbi eskalasiyanın əsas götürülərək, Qərb ölkələrinin, xüsusilə Fransanın hərbi-jandarm kontingentinin bölgəyə gətirilməsi, beləliklə, Moskva qarşısında Cənubi Qafqaz cəbhəsində üstünlüyün əldə edilməsi ola bilər.

Ermənistan hakimiyyətinin sülhlə bağlı ritorik açıqlamaları, praktiki müstəvidə isə razılaşma mühitini çıxılmaz dalana doğru yönəltməsi də bu kontekstdə diqqət çəkir. İstisna deyil ki, rəsmi İrəvan qeyri-konstruktiv mövqeyi ilə hərbi gərginlik atmosferini də hazırlayır.

Füzulidə minalanmış ərazidə yanğın baş verib
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı
Bu gün rayonlarda 39 dərəcə isti olacaq
Bu gün rayonlarda 39 dərəcə isti olacaq
DİM I və IV qruplara qəbul imtahanı keçirir
DİM I və IV qruplara qəbul imtahanı keçirir
Zaqatalada qəza: İki nəfər yaralandı
Zaqatalada qəza: İki nəfər yaralandı
Güləşçimiz Hacı Kərimov Avropa çempionu oldu
Güləşçimiz Hacı Kərimov Avropa çempionu oldu