veten informasiya agentliyi

Natavandan Aygünə zərbə - Fanatlar da məsələyə qarışdı

Tarix:22-09-2017, 11:08
Baxış Sayı:739

Natavandan Aygünə zərbə - Fanatlar da məsələyə qarışdı














Tanınmış müğənni Natavan Həbibi xalq artisti Aygün Kazımovaya söz atıb.

"Qafqazinfo xəbər verir ki, Həbibi bu gün "Crystal Hall” səhnəsində çıxış edəcək Kazımovaya ismarış yollayıb. Natavan Aygünün onu təkrarladığını bildirib:

"Və budur, düz 6 gündən sonra möhtəşəm "Crystal Hall” səhnəsindəki konsertimizin baş tutmasının 3 ili olacaq. Belə səhnələrin yalnız xaricdə deyil, Azərbaycanda da olması incəsənətimizə verilən dəyərin göstəricisidir. 2014-cü ilin yaradıcılığımda "Konsert ili” elan etmişdim. İstədim bir az keçmişə qayıdaq, nə də olsa tarix təkrarlanır”.

Müğənninin bu paylaşımından sonra hər iki ulduzun fanatları arasında mübahisə başlayıb. Natavan müzakirələrin qarşısını almaq üçün instaqramda şərh bölməsini deaktiv edib.

Natavan daha sonra ikinci paylaşım edərək hər kəsə uğur diləyib:

"Öncəki statusum bu qədər marağa, söz-söhbətə səbəb olacağını bilsəydim çoxdan paylaşardım. Bu mənim yaradıcılığımdakı işlərimdən biridir, onu istənilən vaxt yayımlamağa haqqım var. 3, 5 və ya 10 il sonra…Və zaman anlayışı kimdəsə narahatçılıq yaradırsa, o da şəxsi işləridir. Hər kəsin yaradıcılığında müvəffəqiyyətlər.

Allah heç kəsin əziyyətini yerdə qoymasın. Narahatlığa nə səbəb, nə də ki, yer yoxdur. Kiminsə əziyyətini kiçiltməyək. Bu işin nə qədər çətin, əziyyətli və bahalı olduğunu bizdən başqa kimsə bilə bilməz”.

Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Azərbaycanda payız yay havasına döndü
Azərbaycanda payız yay havasına döndü
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?