veten informasiya agentliyi

"Murad nə istəyir, o da olur"

Tarix:31-05-2017, 13:40
Baxış Sayı:966

"Murad nə istəyir, o da olur"

















Müğənni Elton Hüseynəliyev "Maşın" realiti şousunda baş verən hadisələr haqda fikirlərini bildirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, verilişin ilk buraxılışında sms səsverməsi ilə aktyor Elcan Rəsulova uduzan sənətçi ilginc məqamlar açıqlayıb.

O, veriliş haqda ciddi ittihamlar səsləndirib. Sənətçi qeyd edib ki, "Maşın" şouda hər şey aparıcı Murad Dadaşovun diqtəsi ilə həyata keçirilir:

"Oksana xanım, verilişdə ən böyük qruplaşma sənin və Aqil M.Quliyevin əlindədir.

Danışanda bir az səmimi ol. Murad yaxşı edib Kənanı saxladı. Bəli, məhz saxladı. Elcan, sənə uğurlar, inşallah finalda olarsan. Mənə isə evdə olmaq daha ləzzət edir, nəinki bəzi saxta sifətli insanların yanında görünmək. Kənan, sənə halaldır. Orda yalnız səndə və Nadirdə səmimiyyət gördüm.

Murad Dadaşov nə istəyir, o da olur. Çünki "Maşın" onun şousudur. Ora getdiyim üçün çox peşmanam. Elcanla heç bir işim yox idi. Bu, Muradın oyunu idi. Mən də oynadım və uduzdum.

Həyat isə davam edir. Allah hamıya ürəyincə verəcək. Murad gördü ki, oyun düz getmir Elcanla məni əsəbiləşdirib bir-birimizə qarşı qoydu. Ümumiyyətlə, bütün iştirakçılar hər şeyi bilir. Orada qazanan bir nəfər var - o da şounun ağası. Gerçəkləri demək lazımdır ki, hamı bilsin. Millətin pulu boş yerə gedir".

E.Hüseynəliyev prodüseri olan Tarix Əliyevə (Tolik) də ismarış göndərib:

"Tolik, sənin orada qalmağının artıq heç bir mənası yoxdur. Yenə də özün bilərsən".

Qeyd edək ki, dünənki buraxılışda aktyor Səbuhi Xanlarov səs toplamayaraq verilişdən gedib. O, səs yığacağı təqdirdə, rejissor Kənan Mahmudovu uzaqlaşdıracağını bildirmişdi.

Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
Qeydiyyatdan keçən yeni dərmanlar: Onkoloji preparatlar da siyahıdadır
Qeydiyyatdan keçən yeni dərmanlar: Onkoloji preparatlar da siyahıdadır
Avropa ölkəsi Ermənistandan gələn çayı qadağan etdi: Görün tərkibində nə tapıldı
Avropa ölkəsi Ermənistandan gələn çayı qadağan etdi: Görün tərkibində nə tapıldı
Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
YAP Ağcabədi rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı partiya üzvləri ilə görüşlər davam etdirilir.
YAP Ağcabədi rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı partiya üzvləri ilə görüşlər davam etdirilir.
17 Oktyabr – Füzulinin azadlığa qovuşduğu tarixi gün
17 Oktyabr – Füzulinin azadlığa qovuşduğu tarixi gün
XƏBƏRDARLIQ: Qış gözlənilməz ola bilər
XƏBƏRDARLIQ: Qış gözlənilməz ola bilər