veten informasiya agentliyi

"3-4 kilo atmalıyam. Geyimlərim barədə nə istəyirlər yazsınlar" — Ülfət Bəşir

Tarix:22-11-2018, 11:10
Baxış Sayı:550

"3-4 kilo atmalıyam. Geyimlərim barədə nə istəyirlər yazsınlar" — Ülfət Bəşir















"İştahım çox yaxşıdır. Kompleksim yoxdur, amma bilirəm ki, arıqlamaq lazımdır. Çünki ekran insanı 8 kiloqram artıq göstərir. Hardasa 3-4 kilo atmalıyam. Düzünü desəm, bunun üçün heç nə etmirəm. Amma etməliyəm".
Bu sözləri axşam.az-a açıqlamasında aktrisa Ülfət Bəşir deyib. Hər dəfə geyimləri ilə gündəmə gələn Ülfət bunun onu narahat etmədiyini söyləyib:

"Geyimlərim haqda yazılması mənə problem yaratmır. Çünki ətrafımda olanlar necə insan olduğumu bilir. Nə istəyirlərsə, yazırlar.

Ümumiyyətlə, məndən əvvəl kiminsə geyimi haqda nəsə deyilməmişdi. İlk dəfə mən "Stalinin başı" filminin qalasında elə bir addım atdım. Ağlıma gəlməzdi ki, mənim barəmdə yazılsın. Bir dəfə də dekoletmə görə yazmışdılar.
Məndən sonra qalalarda belə hallar çoxalmağa başladı. Mən heç kimi təkrarlamadım. Mənim hədəfim Hollivud ulduzlarının qalada geyindiyi libaslar idi. Onlara baxıb nəsə düşünürəm".

Ülfət rol aldığı "Əfsanə qayıdır" filminin də qalasına hazırlaşdığını bildirib:

"Çox uğurlu olacaq. Çünki çox sevilən aktyorlar çəkilib: Fərda Xudaverdiyev, Dilarə Əliyev, Nicat Rəhimov, Elxan Yunis və mən. Qala bir ay sonra olacaq. Geyinmək üçün ağlımda bir neçə libas var. Onlar arasında seçim edəcəm. Geyinəndə rəfiqələrimin fikrini dinləyirəm. İnstaqramda bütün brend səhifələri izləyirəm. Bir stili ağlımda tuturamsa, ona uyğun nəsə etməyə çalışıram. Nəyisə həddən artıq bəyənirəmsə, qiymətə baxmıram".

Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Azərbaycanda payız yay havasına döndü
Azərbaycanda payız yay havasına döndü
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?