veten informasiya agentliyi

“Megapolis club”da bizi qul kimi işlədirlər - işçilərdən ŞİKAYƏT

Tarix:8-02-2017, 10:06
Baxış Sayı:468

Bakıda fəaliyyət göstərən məşhur restoranın işçiləri AFN-ə şikayət məktubu ünvanlayıblar.

Paytaxtın mərkəzi hissəsində, Rusiya səfirliyinin yaxınlığında yerləşən “Megapolis club” restoranında çalışdıqlarını deyən bir qrup şəxsin adından yazılmış məktub həm də Azərbaycanın hüquq-mühafizə və vergi orqanlarına göndərilib. Məktubda deyilir:

“Xahiş edirik ki, bizə və digər vətəndaşlara köməklik göstərəsiniz.
Nəsimi rayonunda, Rusiya səfirliyinin yanında yerləşən “Megapolis club”da bir neçə aydır işləyirik. Burada bizi qul kimi işlədirlər, əvəzində isə nə sığortamız var, nə əmək müqaviləsi bağlanıb. Bu da azmış kimi, bizim üstümüzdə rəhbər təyin olunan Natəvan adlı xanım işə düzəltmə ofislərindən biri ilə razılaşıb. Ofisdən göndərilən işçiləri bir-bir işə götürür, əvəzində onların birinci maaşının yarısını həmin ofislə bölür.
Hər dəfə yer boşalsın deyə bir neçə aydı işləyənləri qaralayır, adminstrasiyanın yanında ləkələyib işdən çıxartdırır. Burda əməkhaqqı normaldı, amma bunun əvəzində nə staj yazlir, nə sığortalanmamışıq. İşə düzələnlər maksimum 3-4 ay işləyir sonra yenisi gəlsin deyə bir-bir işçiləri çıxardırlar”.

Məktub müəllifləri restoranda olanlarla bağlı ölçü götürülməsini, dövlətin bu çətin günlərində büdcədən vergi yayındıran və işçilərdə dövlətə, dövlətin qanunlarına nifrət yaradanların məsuliyyətə cəlb edilməsini xahiş edirlər.

AFN olaraq, qarşı tərəfin mövqeyini almaq üçün “Megapolis club”la əlaqə saxladıq. Restorandan telefona cavab verən şəxs deyilənlərin yalan olduğunu bildirsə də, məsələyə rəsmən rəhbərliklə danışdıqdan sonra münasibət bildirəcəyini söylədi. Daha sonra isə redaksiyamızla əlaqə saxlayaraq rəhbərliyin rəsmi məktubla müraciət etməmizi istədiyini diqqətə çatdırdı. Öz növbəmizdə bildiririk ki, şikayət məktubu AFN-lə bərabər 10-a yaxın sayta ünvanlanıb. Bu üzdən operativlik naminə müraciəti dərc edirik, o cümlədən də “Megapolis club”un rəhbərliyinin təklifini nəzərə alaraq poçt vasitəsilə müraciəti göndərəcəyik. Qarşı tərəf olaraq verəcəkləri cavab da saytda dərc ediləcək.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə

Oğuzda quldurluq edən şəxs saxlanılıb
Oğuzda quldurluq edən şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov: “Arterial hipertoniya zamanı optimal müalicə taktikasını seçmək üçün əlaqəli risk faktorlarını öyrənmək vacibdir

Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib
DİN HESABAT
DİN HESABAT