veten informasiya agentliyi

Bakıda ümumxalq şənliyi keçiriləcək

Tarix:13-03-2018, 11:31
Baxış Sayı:688

Bakıda ümumxalq şənliyi keçiriləcək














Martın 19-da Bakıda Novruz bayramı münasibətilə ümümxalq şənliyi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, İçərişəhər və Bulvar ərazisində keçiriləcək şənlikdə pəhləvanlar, pantomima artistləri, skripkaçılar, zurnaçılar, kəndirbaz və sehirbazlar öz məharətlərini göstərəcəklər.

Həmçinin uşaq teatrının artistləri, bədii və tarixi personajlar, müxtəlif ölkələrin xalq və əfsanəvi qəhrəmanlarının canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanlara əsl bayram əhvali-ruhiyyəsi yaşadacaq.
Bayram şənliyi Qız qalasından başlayacaq Bulvar ərazisindən keçməklə Muzey Mərkəzinə qədər davam edəcək. Konsert proqramı günün sonuna qədər davam edəcək. Həmçinin ölkəmizdə keçirilən “Formula 1” üçün ayrıca stend quraşdırılacaq.

Ümümxalq şənliyində Prezident İlham Əliyev, I vite-prezident Mehriban Əliyeva və ailə üzvlərinin də iştirakı gözlənilir.

Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Azərbaycanda payız yay havasına döndü
Azərbaycanda payız yay havasına döndü
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?