veten informasiya agentliyi

Yol polisindən sürücülərə — XƏBƏRDARLIQ

Tarix:16-10-2017, 12:17
Baxış Sayı:626

Yol polisindən sürücülərə — XƏBƏRDARLIQ














Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin dəyişməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

Bu barədə İdarədən məlumat verilib. Baş DYP İdarəsi hava şəraitinin dəyişməsi ilə əlaqədar yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərin nəzərinə çatdırır ki, havaların dəyişməsi və ümumilikdə qış mövsümünə keçidlə əlaqədar istifadə etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə, xüsusilə də onların şinlərinə bir daha diqqət yetirilməli, yağışların tez-tez yağması nəticəsində yollarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olması nəzərə alınaraq, avtomobil şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü normaların tələbinə (minik avtomobilləri üçün 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır) uyğun olmayan nəqliyyat vasitələrinin istismarına yol verilməməlidir.
Mexaniki nəqliyyat vasitələrinin sürücüləri yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, texniki cəhətdən nasaz vəziyyətdə olan avtomobillərdən istifadə olunmamalıdır.

Sürücülərə yağmurlu hava şəraitində, xüsusilə yağışın yeni başladığı vaxtlarda son dərəcə ehtiyatlı olmaları, ərazidə icazə verilən maksimum sürət həddindən asılı olmayaraq idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormazlama etməmələri tövsiyə olunur.

Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Bakıda Bal Yarmarkası başlayır
Bakıda Bal Yarmarkası başlayır
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı