veten informasiya agentliyi

Bayrağımızın rənginin mənasını bilməyənlər müəllimlik üçün müraciət ediblər — Təhsil Nazirliyindən ŞOK AÇIQLAMA

Tarix:25-08-2017, 12:15
Baxış Sayı:404

Bayrağımızın rənginin mənasını bilməyənlər müəllimlik üçün müraciət ediblər — Təhsil Nazirliyindən ŞOK AÇIQLAMA














Sabah Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatır

Təhsil Nazirliyindən "Ölkə.Az"a verilən xəbərə görə, avqust ayının 21-dən başlayan müsahibə mərhələsinə 5225 nəfər buraxılıb. Bu günədək 3000-dən çox namizəd müsahibədən keçib. Müsahibə mərhələsində müəllimlərin psixoloji durumu, praktik, metodik bilikləri yoxlanılır.

Komissiya üzvlərindən biri, Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədov bildirib ki, müsahibə mərhələsinə gələn bəzi namizədlərin nəzəri biliyi ilə praktik bacarığı uyğun gəlmir: “Ola bilər ki, şablon suallara cavabları əzbərləyib gəlir, müsahibədə fikrini ifadə edə bilmir. Ən dəhşətlisi isə odur ki, Azərbaycanın müstəqillik tarixinə biganə namizədlərə rast gəldik. Məsələn, 20 Yanvar faciəsindən xəbərsizdirlər. 6-7 namizəd hesab edirdi ki, bu hadisələri ermənilər işğal məqsədilə törədib. Bir neçə gün ərzində bayrağın rənglərinin mənasını bilməyən, işğal altındakı rayonların sayından bixəbər olan kifayət qədər namizəd qeydə alınıb”.

Komissiyalardan birinin üzvü, Təhsil Nazirliyinin Ümumtəhsil sektorunun müdiri Firudun Həmzəyevin isə qeyd edib ki, namizədlərin ümumi səviyyəsindən onların hazırlıqlı olduqları hiss edilir: “Proqram materialları, ixtisasla bağlı və metodiki keyfiyyəti müəyyənləşdirən suallara cavablarından öz üzərilərində işlədikləri görünür. Ancaq əzbərçiliyə yol verdikləri, yaddaş biliyinə əsaslandıqları özünü büruzə verir. Aralarında 10-15 il, hətta məzun olandan müəllim işləməyənlər çoxdur və bu, müsahibə mərhələsində aydın nəzərə çarpırdı. Düşünürəm ki, elələri üçün məktəbdə şagirdlərlə ünsiyyət qurmaq o qədər asan olmayacaq. Namizədin əvvəllər əldə etdiyi bir neçə illik təcrübə müsahibə zamanı dərhal özünü göstərir. Namizədlər nə qədər hazırlaşsalar da, praktik biliyin azlığı, hətta olmaması müsahibə mərhələsində nəzərə çarpır”.

"27 Sentyabr-Anım Günü" münasibətilə mini-futbol üzrə yeniyetmələr arasında rayon turniri
Direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin vaxtı açıqlanıb
Direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin vaxtı açıqlanıb
Mingəçevirdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi keçirilir
Mingəçevirdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi keçirilir
Kürdəmirdə “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi-seminar
Kürdəmirdə “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi-seminar
“Kənd təsərrüfatı haqqında” Qanun layihəsinin heyvandarlığa həsr edilən maddələri başda olmaqla müzakirəsi baş tutub
“Kənd təsərrüfatı haqqında” Qanun layihəsinin heyvandarlığa həsr edilən maddələri başda olmaqla müzakirəsi baş tutub
Türkiyə Müdafiə Sənayesi Başqanlığının müşaviri AzTU-da olub
Türkiyə Müdafiə Sənayesi Başqanlığının müşaviri AzTU-da olub
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov İsmayıllıda vətəndaşları qəbul edəcək
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov İsmayıllıda vətəndaşları qəbul edəcək
Yanvar-avqust aylarında 111,9 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb
Yanvar-avqust aylarında 111,9 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb