veten informasiya agentliyi

"Bununla bağlı prezidentə məlumat verəcəyik" - Məleykə Abbaszadədən xəbərdarlıq

Tarix:10-07-2017, 10:36
Baxış Sayı:570

"Bununla bağlı prezidentə məlumat verəcəyik" - Məleykə Abbaszadədən xəbərdarlıq

















"Dövlət qulluğuna qəbul prosesi daha çevik formada həyata keçirilməlidir. Hər bir insana imkan verilməlidir ki, o, istədiyi zaman dövlət qulluğunda karyerasını qura bilsin"

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda keçirilən konfransda deyib. DİM rəhbəri qeyd edib ki, imtahan prosesini daha çevik etmək, istedadlı gəncləri bura cəlb etmək əsas məqsədimizdir.

M. Abbaszadə dövlət qulluğuna dair qanunvericiliyin, o cümlədən etik davranış qaydalarının düzgün tətbiqinin təmini və pozuntu hallarının aradan qaldırılması üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən görüləcək tədbirlərlə bağlı məlumat verərək, Mərkəz tərəfindən qanunvericiliyin icrası vəziyyətinin mütəmadi öyrəniləcəyi, pozuntu halları müəyyən edildikdə, həmin pozuntuların aradan qaldırılması üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat veriləcəyini, yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat veriləcəyi və təqdim olunacaq illik hesabata daxil ediləcəyini, pozuntuya yol vermiş məsul şəxslərin inzibati məsuliyyətə cəlb ediləcəyini qeyd edib.

DİM-in əməkdaşları tərəfindən Dövlət qulluğu haqqında qanuna edilmiş son əlavə və dəyişikliklər, dövlət qulluğuna yeni qəbul qaydaları, sertifikasiya prosesi, dövlət xidmətlərinin çatdırılması, antikorrupsiya təşəbbüsləri, dövlət qulluqçularının reyestrinin aparılması qaydaları, bu zaman yaranan problemlər və onların həlli istiqamətində görüləcək işlər, dövlət qulluğuna qəbulla bağlı elektron imtahanların təşkilində tətbiq ediləcək yeniliklər barədə təqdimatlar edilib.

NOVRUZ ASLANOV ZİYALILIĞI
NOVRUZ ASLANOV ZİYALILIĞI
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Ötən həftə 9 meyit aşkarlandı
Ötən həftə 9 meyit aşkarlandı
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış