veten informasiya agentliyi

DSMF sədri Dünya Sosial Təminat Forumunun panel sessiyasında çıxış edib

Tarix:27-10-2022, 19:58
Baxış Sayı:320

DSMF sədri Dünya Sosial Təminat Forumunun  panel sessiyasında çıxış edib
DSMF sədri Dünya Sosial Təminat Forumunun  panel sessiyasında çıxış edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən Mərakeş Krallığında keçirilən Dünya Sosial Təminat Forumunun panel sessiyasında çıxış edib.

“Sosial təminat idarəçiliyində insan resurslarının idarə edilməsi üzrə BSTA Təlimatları” mövzusuna həsr edilmiş sessiyada H.Məmişov sosial təminat idarəçiliyinin gücləndirilməsi perspektivlərindən danışıb. O həmçinin sosial təminat qurumlarının hazırda malik olduqları və insan resurslarının gələcəyə hədəflənən səmərəli idarəetmə potensialının inkişaf etdirilməsindən bəhs edib.

DSMF-nin insan resursları siyasətinin müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi istiqamətində atılan addımlar, peşəkar kadr hazırlığının, iş prosesinin müasir texnologiyalar əsasında, işgüzar mühitin tam demokratik və bərabərlik prinsipləri əsasında qurulması ilə bağlı Fondda aparılan ardıcıl və genişmiqyaslı işlər geniş auditoriyanın diqqətinə çatdırılıb.

H.Məmişov Fond tərəfindən bu istiqamətdə icra olunan islahatlar barədə xarici ölkə təmsilçilərinin suallarını da cavablandırıb.

Musa Yaqub dünyəvi şairdir - FOTOLAR
Musa Yaqub dünyəvi şairdir - FOTOLAR
Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
Taksilərin ən bahalı olduğu şəhərlər
Taksilərin ən bahalı olduğu şəhərlər
Bu gün yağış yağacaq - PROQNOZ
Bu gün yağış yağacaq - PROQNOZ
"Qiyamət günü balığı" sahilə çıxdı - Planetimiz dəhşətli fəlakətlə üzləşəcək?
"Qiyamət günü balığı" sahilə çıxdı - Planetimiz dəhşətli fəlakətlə üzləşəcək?
İrandan Yaxın Şərq ölkələrinə ultimatum - Zərbələr endiriləcək
İrandan Yaxın Şərq ölkələrinə ultimatum - Zərbələr endiriləcək
Qızıl bazarında son vəziyyət
Qızıl bazarında son vəziyyət
Moskvaya doğru uçan 155 PUA vuruldu
Moskvaya doğru uçan 155 PUA vuruldu