veten informasiya agentliyi

AzTU şəhidlərinin əziz xatirəsinə həsr olunan “Vətən sağ olsun” animasiyası təqdim olundu

Tarix:17-02-2021, 14:24
Baxış Sayı:648

AzTU şəhidlərinin əziz xatirəsinə həsr olunan “Vətən sağ olsun” animasiyası təqdim olundu


Qələbəmizin əldə olunmasında, 44 günlük Vətən müharibəsində iştirak edən hər bir qəhrəmanımız kimi Azərbaycan Texniki Universitetinin (AzTU) və kolleclərinin tələbə və məzunlarının da rolu danılmazdır. Onlardan 29 nəfəri qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. AzTU Vətən uğrunda canından keçən tələbə və məzunlarının xatirəsini hər zaman əziz tutur, bundan sonra da belə olacaq.

AzTU-nun tələbə-rektoru Əli Abdullazadənin təşəbbüsü ilə Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn tələbə və məzunlara həsr olunan “Vətən sağ olsun” animasiyası da onların əziz xatirəsinə hörmət və ehtiramın ifadəsidir.

Rəssam Naqiyə Rzayevanın qumla yaratdığı animasiyanı Emin Hüseynov və AzTU-nun məzunu Nazim Şərbətov lentə alıb. 10 dəqiqəlik videoda qəhrəmanların universitetə daxil olduğu ildən şəhid olduğu dövrədək bütün məqamlar əks olunub. Qeyd edək ki, AzTU-da şəhid tələbə və məzunların xatirəsinin əbədiləşdirilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

Allah şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

[img=left]http://www.youtube.com/watch?v=sOebFiNa80s[/img]

DİN HESABAT
DİN HESABAT
Bank kartından oğurluq
Bank kartından oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə