veten informasiya agentliyi

Hərbi xidmətə çağırışla bağlı — RƏSMİ MƏLUMAT

Tarix:6-04-2020, 20:05
Baxış Sayı:395

Hərbi xidmətə çağırışla bağlı — RƏSMİ MƏLUMAT


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara müraciət edib.
Xidmətdən verilən xəbərə görə, müraciətdə çağırışçılar koronavirus infeksiyasına qarşı mübarizədə məsuliyyətli olmağa çağırılır.

Müraciətdə deyilir:

“Əziz çağırışçılar!

Bildiyiniz kimi, koronavirus infeksiyasının (COVİD-19) Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün xüsusi karantin rejimi tətbiq edilmiş və ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində sizin sağlamlığınızla bağlı mümkün risklərin aradan qaldırılması məqsədilə 2020-ci ilin aprel çağırışının müddəti may ayının 31-dək uzadılıb.

Hörmətli çağırışçılar, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş qərar və tövsiyələrə ciddi riayət edərək Siz əsl vətənpərvərlik nümunəsi göstərə bilərsiniz. Mövcud vəziyyətdə hər biriniz gələcəyin əsgəri kimi hərbi xidmətin təməl prinsiplərindən olan nizam-intizamlı olmaqla müstəqil Azərbaycanımızın xoşbəxt gələcəyinə, milli həmrəyliyə və öz yaxınlarınızın sağlamlığının qorunmasına böyük töhfə vermiş olarsınız.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bütün çağırışçıları bir daha xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özünütəcrid və sanitar-gigiyena qaydalarına riayət etməyə çağırır.

Hörmətli çağırışçı, “Özünü qoru ki, Vətəni qoruya biləsən!”

Əlavə olaraq bildiririk ki, Sizin müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduğunuz xidmət yerləri barədə məlumat veriləcək. Hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən çağırıldığınız halda aidiyyəti üzrə gəlməniz zəruridir”.

Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
Qeydiyyatdan keçən yeni dərmanlar: Onkoloji preparatlar da siyahıdadır
Qeydiyyatdan keçən yeni dərmanlar: Onkoloji preparatlar da siyahıdadır
Avropa ölkəsi Ermənistandan gələn çayı qadağan etdi: Görün tərkibində nə tapıldı
Avropa ölkəsi Ermənistandan gələn çayı qadağan etdi: Görün tərkibində nə tapıldı
Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
YAP Ağcabədi rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı partiya üzvləri ilə görüşlər davam etdirilir.
YAP Ağcabədi rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı partiya üzvləri ilə görüşlər davam etdirilir.
17 Oktyabr – Füzulinin azadlığa qovuşduğu tarixi gün
17 Oktyabr – Füzulinin azadlığa qovuşduğu tarixi gün
XƏBƏRDARLIQ: Qış gözlənilməz ola bilər
XƏBƏRDARLIQ: Qış gözlənilməz ola bilər