veten informasiya agentliyi

Azərbaycanda narkomanların sayı artıb – Nazirlik açıqladı

Tarix:5-03-2019, 12:11
Baxış Sayı:475

Azərbaycanda narkomanların sayı artıb – Nazirlik açıqladı














Azərbaycanda rəsmi qeydiyyata alınan narkomanların sayı artıb.

Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, 2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25 489 nəfər, 2011-ci ildə 26 716 nəfər, 2012-ci ildə 27 910 nəfər, 2013-cü ildə 28 376, 2014-cü ildə 28 656, 2015-ci ildə isə 28 555, 2016-cı ildə 29 448, 2017-ci ildə 30 131, 2018-ci ildə 31 432 nəfər olub.

Narkomanların 26 346 nəfəri dispanser, 50 86 nəfəri profilaktik qeydiyyatdadır.

Ötən il 694 nəfər narkoman qeydiyyatdan çıxarılıb.

Ümumilikdə, narkotik istifadəçiləri arasında 25-45 yaş arası insanlar üstünlük təşkil edirlər.

Son məlumatlara əsasən, Azərbaycanda 15-17 yaşlı 9 nəfər (2017-ci ildə 5, 2016-cı ildə 5), 18-24 yaşlı 1734 nəfər (2017-ci ildə 1566, 2016-cı ildə 1447 nəfər), 25-29 yaşlı 4367 nəfər (2017-ci ildə 4225, 2016-cı ildə 4076), 30-34 yaşlı 4722 nəfər (2017-ci ildə 4 463, 2016-cı ildə 4239), 35-39 yaşlı 4841 nəfər (2017-ci ildə 4657, 2016-cı ildə 4542), 40-44 yaşlı 3856 nəfər (2017-ci ildə 3 707, 2016-cı ildə 3670), 45-49 yaşlı 3581 (2017-ci ildə 3408, 2016-cı ildə 3313), 50-54 yaşlı 3078 nəfər (2017-ci ildə 2 891, 2016-cı ildə 2818), 55-59 yaşlı 2405 nəfər (2017-ci ildə 2275, 2016-cı ildə 2266), 60-64 yaşlı 1865 nəfər (2017-ci ildə 1 875, 2016-cı ildə 1931), 65 yaşdan yuxarı isə 974 nəfər (2017-ci ildə 1062, 2016-cı ildə 1142) narkotik istifadəçisi var.

Qeyd edək ki, 2014-cü ilədək Azərbaycanda rəsmi qeydiyyata alınmış narkotik istifadəçiləri arasında uşaqlar (yaşı 18-dək olanlar) olmayıb.

Azərbaycanda narkomanlar daha çox opiat qrupuna daxil olan narkotiklərdən – tiryək, heroin və kokosdan istifadə edirlər.

Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
Qeydiyyatdan keçən yeni dərmanlar: Onkoloji preparatlar da siyahıdadır
Qeydiyyatdan keçən yeni dərmanlar: Onkoloji preparatlar da siyahıdadır
Avropa ölkəsi Ermənistandan gələn çayı qadağan etdi: Görün tərkibində nə tapıldı
Avropa ölkəsi Ermənistandan gələn çayı qadağan etdi: Görün tərkibində nə tapıldı
Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
YAP Ağcabədi rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı partiya üzvləri ilə görüşlər davam etdirilir.
YAP Ağcabədi rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı partiya üzvləri ilə görüşlər davam etdirilir.
17 Oktyabr – Füzulinin azadlığa qovuşduğu tarixi gün
17 Oktyabr – Füzulinin azadlığa qovuşduğu tarixi gün
XƏBƏRDARLIQ: Qış gözlənilməz ola bilər
XƏBƏRDARLIQ: Qış gözlənilməz ola bilər