veten informasiya agentliyi

Azərbaycanda notarius ləğv edilir

Tarix:18-01-2019, 10:59
Baxış Sayı:388

Azərbaycanda notarius ləğv edilir














Ötən gün prezident İlham Əliyev “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

Fərmana əsasən Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycanın digər inzibati ərazi vahidlərində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Prezidentin 2012-ci il 5 sentyabr tarixli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.

Sözügedən fərmanda siyahıda qeyd olunan xidmət sahələrinin ən diqqət çəkəni notariat fəaliyyəti ilə bağlıdır. Bu fəaliyyət də “Asan Xidmət” verilir.

Ötən gündən etibarən sosial şəbəkələrdə də müzakirə edilən əsas məsələ odur ki, ölkədə fəaliyyət göstərən notariat konturları ləğv edilir.

Məsələni aydınlaşdırmaq üçün “Qafqazinfo” Ədliyyə Nazirliyinə müraciət edib. Bildirilib ki, fərmanda da qeyd olunduğu kimi, bu xidmətlər Bakı şəhəri və “Asan Xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycanın digər inzibati ərazi vahidlərində tətbiq ediləcək. Bu da o deməkdir ki, məsələn, Kürdəmir rayonunda “Asan Xidmət”yoxdursa, orada notariat konturlarının fəaliyyəti davam edəcək.

Bakıda bütün notariat konturlarının fəaliyyətinin hamısının necə tənzimlənəcəyi məsələsi isə bu günlərdə dəqiq müəyyənləşəcək.

Bu arada bildirək ki, Bakı şəhərində 5 “Asan Xidmət”mərkəzi fəaliyyət göstərir. Onlar 1,2,3,4,5 saylı mərkəzlərdir.
Regionlarda isə ümumilikdə 10 “Asan Xidmət” mərkəzi var. Bunlar Sumqayıt, Gəncə, Bərdə, Sabirabad, Qəbələ, Masallı, Quba, Mİngəçevir, İmişli, Şəkidə yerləşir.

Mövzu ilə bağlı “Qafqazinfo” ya danışan parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Fəzail Ağamalı qeyd edib ki, notarial xidmət Ədliyyə Nazirliyinin sistemində fəaliyyət göstərir: “Əhali əsasəm mənzil və digər problemlərini həll etmək üçün notariuslara müraciət edir. Deməzdim ki notariatlarda bu və ya digər xarakterli problemlərlə üzləşirlər. Çünki bunun təkmilləşməsinə ehtiyac var. Bu xidmətlərin də “Asan Xidmət”ə verilməsi yaxşı haldır. Çünki bu da xidmətin bir formasıdır”.

İranda ballistik raketlərin hazırlanması təklif edilib
İranda ballistik raketlərin hazırlanması təklif edilib
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
​Avropa Parlamenti "Google”dan imtina etdi
​Avropa Parlamenti
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı