veten informasiya agentliyi

Əsədovun baytarlıq sistemindəki yanlışı...

Tarix:27-02-2017, 10:56
Baxış Sayı:692

Əsədovun baytarlıq sistemindəki yanlışı...

Keçən günlərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər İdris oğlu Süleymanov barəsində bir neçə materiallar dərc etmişik. Mövzu ilə bağlı apardığımız araşdırmalar ilginc faktları üzə çıxarıb. Belə ki, cumhuriyyet.az olaraq mediada yer alan və rəzmən təkzib olunmayan məlumatlarda Heydər Əsədovun rəhbərlik etdiyi nazirliyin bir qurumunda çoxkambinasiyalı oyunlar qurulduğu, korrupsiya və maliyyə maxinasiyalarının tüğyan etdiyi görülür. Bütün bu prosesə isə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov rəhbərlik edir. Bu dəfə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev cumhuriyyet.az-a açıqlamasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis əvəzi Azər Süleymanov haqqında kəskin fikirlər bildirib.
A.Süleymanovun çoxsaylı qanunsuzluqlara yol verdiyini bildirən partiya sədrinin sözlərinə görə, onun cəzalandırılması zəruridir: “Bu şəxs qanun pozuntusu ilə məşğuldur. O, Baytarlıq İdarəsinin rəis əvəzidir. Bizdə onunla bağlı çoxlu faktlar var. Kimlərsə qoltuğunun altına alıb hələlik onu himayəedir. Lakin düşünürəm ki, o, türməlik olacaq, həbs ediləcək. Heyvandarlıq sahəsində bu gün elə katastrofik vəziyyət yaranıb ki, bunu düzəltmək olduqca çətindir. Ətin kilosu 16 manata qalxıb. Vəziyyətin bu həddə çatmasında adıçəkilən şəxsin dırnaqarası qəhrəmanlığı böyük rol oynayıb. Baytarlıq İdarəsi qəssabların başının üstünü kəsib onlardan pul yığmaqla məşğuldur. Yararsız ətləri xalqa sırıyırlar. Bu isə millətin gələcəyi baxımından pisdir. Insanlar xəstəliklərə tutulur. Bunların hamısı deyilib və dəfələrlə də deyilməkdədir.
Hesab edirəm ki, bu kimi şəxslər gələcəkdə öz cəzasını alacaqdır. Heç kim cəzasız qalmayacaq. A.Süleymanov yerində olmayan bir adamdır. Onun rəhbərlik etdiyi sahə bərbad gündədir. Bu sahə xalqı uçuruma aparan bir sahə kimi tanınır. Düşünürəm ki, bunun acı nəticələri olacaq. A.Süleymanov haqqında kiayət qədər fakt var. Respublika prokuroru hörmətli Zakir Qaralov bu şəxs haqqında cinayət işi qaldırsa, kələfin ucu açılacaq”.

Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Ötən həftə 9 meyit aşkarlandı
Ötən həftə 9 meyit aşkarlandı
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış