veten informasiya agentliyi

Azərbaycan təhsilində "yenilik": valideynlərə rüşvət sənədi imzalatdırılır - FOTO

Tarix:23-02-2017, 19:38
Baxış Sayı:711

Azərbaycan təhsilində "yenilik": valideynlərə rüşvət sənədi imzalatdırılır - FOTO

Sumqayıt şəhər 21 saylı orta məktəbin direktoru valideynlərdən rüşvət toplamaqda ittiham olunur.

Lent.az-ın məlumatına görə, məktəb direktoru İbrahimov Vladim Məhəmməd oğlu məktəbdə keçirilən kiçik summativ qiymətləndirmə, böyük summativ qiymətləndirmə, formativ qiymətləndirmə və. s. üçün testlərin çıxarılmasına lazım olan bütün xərcləri könüllü olaraq valideynlərin öz öhdəsinə götürdüyünü təsdiqləyən akt hazırlayıb və valideyn komitəsinin bütün üzvlərinə imzalatdırır.

Valideynlər şikayət edir ki, əgər məktəbin bütün irili-xırdalı xərcləri onların boynunda olacaqsa, onda uşağı məktəbə qoymasınlar, elə özümüz evdə öyrədək.

Məsələ ilə bağlı qarşı tərəfin də fikrini öyrənməyə çalışdıq.

Məktəb direktoru Vladim İbrahimov deyir ki, haqqında yayılan məlumatların heç biri həqiqətə uyğun deyil: “Həmin fotonu sosial şəbəkədə yayan məktəbin rus sektoru üzrə I sinif şagirdinin valideynidir. Hazırda həmin sinfin valideyn komitəsinin üzvü yanımdadır. Fotonu paylaşan şəxsi gözləyirik ki, bu məsələni müzakirə edək. Valideyn komitəsinin üzvünün dediyinə görə, valideynlər özləri öz təşəbbüsü ilə belə bir şey etmək istəyiblər və aktı həmin valideynə göstərəndə o, əsəbiləşib şəkilini çəkib və sosial şəbəkədə paylaşıb”.

V.İbrahimov deyir ki, bu işdən xəbərdar olsaydı, qətiyyən icazə verməzdi: “Hazırlanan bu aktdan xəbərim yoxdur və elə bir şey olsa, icazə verməzdim. Məgər mən o qədər təcrübəsizəm ki, belə bir iş görüm?! Məktəbdə keçirilən bütün test summativ qiymətləndirmə üçün gərəkli xərcləri məktəb özü qarşılayır. Kim istəyir, gəlib yoxlama aparsın. Məktəbdə 1500 şagird oxuyur, 137 müəllim işləyir. Ümumtəhsil məktəbləri arasında bizim məktəb 46-cı yerdədir. Məktəbimizdə hər il şagirdlərin 69 faizi tələbə adını qazanır. Bu, bizim işimizin nəticəsidir”.

Təhsil Nazirliyindən Lent.az-a bildirilib ki, məsələ nazirliyin Daxili Nəzarət Şöbəsinə yönləndirilib və xidməti araşdırma aparılır.

Azərbaycan təhsilində "yenilik": valideynlərə rüşvət sənədi imzalatdırılır - FOTO

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə

Oğuzda quldurluq edən şəxs saxlanılıb
Oğuzda quldurluq edən şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov: “Arterial hipertoniya zamanı optimal müalicə taktikasını seçmək üçün əlaqəli risk faktorlarını öyrənmək vacibdir

Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib
DİN HESABAT
DİN HESABAT