veten informasiya agentliyi

Yalançı patriot Sərdar Cəlaloğlu: fərari oğulların hekayəsi

Tarix:11-06-2018, 11:02
Baxış Sayı:477

Yalançı patriot Sərdar Cəlaloğlu: fərari oğulların hekayəsi















Son günlər Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə bağlı müzakirələr səngimir.
Belə bir ərəfədə Media.az saytı onunla bağlı yazı ilə çıxış edib.

Həmin yazını təqdim edirik:
Son bir neçə gün KİV və sosial şəbəkələrdə Azərbaycan demokratlarının lideri Məmmədov Sərdar Cəlaloğlunun qeyri-adekvat şəxsiyyəti müzakirə olunur.

Doğrunun və yalanın harada olduğunu başa düşmək üçün biz də Cəlaloğlunun həyat və fəaliyyəti barədə daha çox öyrənmək qərarına gəldik və ilk növbədə onun sitatlarına diqqət yetirdik. Uinston Çörçill elə-belə deməyib: “İnsanı tanımaq üçün, onun çıxışlarına qulaq asmaq lazımdır”.

İlk baxışda Sərdar Cəlaloğlu adekvat və Qarabağ münaqişəsində aydın mövqeyi olan patriot insana oxşayır. O əmindir ki, “Azərbaycan torpaqlarını hərbi yolla qaytarmaq lazımdır” və “biz hamımız birlikdə ölkəmizin müdafiəsinə qalxmalıyıq”.

Lap “Cəsur ürək”dən Uilyam Uolles kimi. Onu dinləsək xalqın “əsl qəhrəmanı” zənn etmək olar. Lakin belə deyil.

Əslində Sərdar Cəlaloğlu sadəcə “kağızda patriotdur”. O, Vətən naminə nə isə real bir iş görməkdənsə, onun barəsində boş-boş danışmağı üstün tutur.

Əsassız olmamağımız üçün faktlara müraciət edək.

Bizim “patriot” üç cəngavər oğul böyüdüb: yaraşıqlı, oxumuş, güclü, sağlam. Lakin onların öz dövlətlərinə verdikləri və ya gələcəkdə verə biləcəkləri faydadan danışsaq, Cəlaloğlunu sonsuz adlandırmaq olar.

Belə ki, Sərdar Məmmədovun böyük oğlu Tural Məmmədov ailəlidir və ailəsi ilə birgə Norveçdə yaşayır. Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyib. Səbəbi açıqlanmır.

Ortancıl oğlu Cəlal Məmmədov ailəlidir və ailəsi ilə birgə İngiltərədə yaşayır. Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyib.

Kiçik oğlu Cavid Məmmədov ailəlidir və ailəsi ilə birgə atasının evində yaşayır. İşsizdir.

Necə belə olur, Sərdar müəllim? Vətənə belə sağlam oğullar vermək, sonra fərarilik edib hərbi xidmətdən yayınmaq? İngiltərə, Norveç...? Nə isə düz gəlmir...

Suallar çoxdur, lakin təəssüf ki, onlara yenə də aydın və məntiqli cavablar yoxdur...

Və daha bir kədərli və eyni zamanda gülməli reallıq. Sərdar Cəlaloğlu Quranın bir neçə cildinin tərcüməsini edib. Alqışalayiq bir fakt kimi görünə bilər! Lakin burada da hər şey düzgün deyil. Məsələ ondadır ki, Cəlaloğlu ərəb dilini bilmir, hətta ərəb dilində bir söz belə tanımır.

Saxta şəxsiyyət, saxta həyat, saxta fəaliyyət! “Yaradıcılıq” üçün təşəkkürlər, Sərdar bəy!

Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Azərbaycanda payız yay havasına döndü
Azərbaycanda payız yay havasına döndü
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?