veten informasiya agentliyi

Yeni nazir və komitə sədrlərinə tapşırıq: Köhnələrin səhvlərini düzəldin, şikayətləri dinləyin

Tarix:29-04-2018, 11:21
Baxış Sayı:424

Yeni nazir və komitə sədrlərinə tapşırıq: Köhnələrin səhvlərini düzəldin, şikayətləri dinləyin

Nazirlər Kabinetinin yeni tərkibinə daxil olan mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşları qəbul günləri açıqlanıb.

Nazirlər Kabineti bəyan edib ki, vətəndaşların qaldırdıqları məsələlər qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmalıdır.

Bayonlara göndərilənlər arasında yeni nazir və komitə sədrləri də diqqət çəkir. Söz yox ki, qəbula gələnlər arasında köhnə nazirlərdən şikayət edənlər az olmayacaq.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bu vəzifədə ilk qəbul gününü Ağcabədidəki Taxtakörpü qəsəbəsində keçirəcək. O, mayın 30-da burada Laçın (Taxtakörpü), Ağcabədi, Bərdə sakinlərini qəbul edəcək.

Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri kimi ilk qəbulunu Mingəçevirdə keçirəcək. S.Babayev mayın 18-də Mingəçevir, Naftalan, Yevlax, Ağdaş, Goranboydan olan şikayətçiləri dinləyəcək.

Kənd təsərrüfatı naziri İnam Kərimovun qəbulu da mayın 18-də Yevlaxda olacaq. Yeni nazir Yevlax, Goranboy, Göygöl, Daşkəsən, Samux sakinlərini narahat edən məsələləri araşdıracaq.

Təhsil naziri Ceyhun Bayramov Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz sakinləri üçün 21 may tarixində Xızıda qəbul keçirəcək.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin qəbulu mayın 25-də Bərdədə keçiriləcək. Təzə nazir Bərdə, Ağdam, Ağcabədi, Tərtər sakinlərindən gələn şikayətlərə baxacaq.

Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər MehdiyevTovuz, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax rayonunun sakinləri üçün mayın 29-da Tovuza gedəcək.(Modern.az)

Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Ötən həftə 9 meyit aşkarlandı
Ötən həftə 9 meyit aşkarlandı
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış