veten informasiya agentliyi

Sabah Azərbaycanda prezident seçkiləri keçiriləcək

Tarix:10-04-2018, 12:07
Baxış Sayı:475

Sabah Azərbaycanda prezident seçkiləri keçiriləcək













Sabah, yəni 11 aprel tarixində Azərbaycan Respublikası Prezidenti postuna keçirilməsi nəzərdə tutulan seçki keçiriləcək.
Bu, müstəqil Azərbaycanın sayca 8-ci president seçkiləridir.

Prezident seçkilərində ölkə başçısı postu uğrunda 8 namizəd yarışacaq: Yeni Azərbaycan Partiyasının namizədi president İlham Əliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Müzəffər oğlu Həsənquliyev, namizədliyi özü tərəfindən irəli sürülmüş Asif Rasim oğlu Məmmədov, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc İbrahim oğlu Quliyev, namizədliyi seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Razi Qulaməli oğlu Nurullayev, namizədliyi özü tərəfindən irəli sürülmüş Elşən Şirzad oğlu Həsənov, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Məmməd Mübariz oğlu Əlizadən və namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Ələmdar oğlu Hacıyev.

Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına uyğun olaraq, Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə gün ərzində 5 dəfə (saat 10:00, 12:00, 15:00, 17:00 və 19.00) ilkin məlumatları açıqlayacaq.

Bu gün, yəni 10 aprel tarixi “Sükut günü”dür. Yəni bu gün namizədlərin təşviqat və təbliğatı aparılmayacaq. Seçki günü də namizədlərin təbliğat və təşviqatı aparılmayacaq.
11 aprel tarixi Azərbaycanda seçkilərlə bağlı qeyri-iş günüdür.

Seçkiləri 1000-ə yaxın beynəlxalq, 60 minə yaxın isə yerli müşahidəçi izləyəcək. Səsvermə prosesini gün ərzində MSK-nın saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Qeyd edək ki, seçkilər nəticəsində qalib gələn namizəd 7 il ölkəyə rəhbərlik edəcək.

Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Azərbaycanda payız yay havasına döndü
Azərbaycanda payız yay havasına döndü
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?