veten informasiya agentliyi

"Özünüzü bu qədər gülünc yerinə qoymayın!" - Qənirə Paşayeva

Tarix:1-03-2018, 11:38
Baxış Sayı:554

"Özünüzü bu qədər gülünc yerinə qoymayın!" - Qənirə Paşayeva












"Bir az əvvəl İzmirdə Xocalı soyqırımı tədbiri sonrası dostlar mənə əlehimə bəzi "mənbə"lərin başlatdığı şər-böhtan, qara piar kampaniyası haqqında yazılar göstərdi. Nə deyim... Allah sizə ağıl versin. O qədər ağılsızsınız ki ağıllı, məntiqli bir qaralama kampaniyası da düşünə bilmirsiniz”.

Bu sözləri millət vəkili Qənirə Paşayeva özünə qarşı aparılan "qara piar” kampaniyasına münasibət bildirərkən deyib.

Qənirə Paşayeva isə həmin şəxslərə belə cavab verib:

"Nə zaman işğalçı Ermənistanla, separatçılarla, qardaş Türkiyəyə qarşı olan terrorçu təşkilatlarla bağlı sərt açıqlamalarım geniş yayılır, onda əlehimə hansısa mənbələrin təbliğatı, şər-böhtan kampaniyası da başlayır. Və ya bəzi kimliyini bildiyim şəxslərin mənə bəlli səbəblərdən dolayı yandaşları vasitəsilə əleyhimə bu cür şər-böhtanları yayma fəaliyyəti.

Adınızı açıqlamaq o qədər çətin deyil. Sadəcə, adınızı yazmama belə layiq deyilsiniz. Mən Türk qızıyam. Allahdan belə qorxmadan şər-böhtan, yalanla məşğul olanlardan və onların anti-təbliğatlarından qorxsaydım illərlə Dövlətim, Vətənim və Millətim üçün mübarizə apara bilməzdim. Çünki illərdir bu cür yalanlarla, şər-böhtanlarla mənə təsir etmək istəyənlər az olmadı.

Avropa Şurasında xeyli zaman əvvəl iclasa tələsərkən bir azərbaycanlının sizinlə foto çəkdirəcəm deyərək, qəfil kənardan çəkdiyi bir selfi fotosunu və elə o fotoda onun necə bir şəraitdə çəkildiyini görmək mümkün olduğu halda, ağlına gələni yazaraq, guya, mənim əleyhimə təbliğat aparmaq düşüncəsinə düşənlərə sadəcə bunu söyləmək istəyirəm: Millətimiz hər şeyi yaxşı görür və bilir. Hər hansı tədbirlərdə bizə yaxınlaşaraq, foto çəkdirmək istəyən bəzən onlarla soydaşımızdan orada kimliyini sorğulamağın mümkünsüzlüyünü də... Onların hamısını tanımağın, nə ilə məşğul olduğunu araşdırmağın imkansızlığını da... Və ya kənardan yaxınlaşaraq qəfil sizinlə uzaqdan bir selfi kadrı çəkən insanla bağlı araşdırma aparmağın mümkunsüzlüyünü də... Özünüzü bu qədər gülünc yerinə qoymayın”.

Xatırladaq ki, dünən bəzi saytlar və sosial şəbəkə istifadəçiləri Qənirə Paşayevanın Avropada mühacirətdə yaşayan və Azərbaycan iqtidarına qarşı mütəmadi çıxışlar edən videoblogger Orduxan Teymurxanla birgə şəklini yayaraq, deputatı haqqında bəzi ittihamlarla çıxış ediblər.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı