veten informasiya agentliyi

Avropa İttifaqının parlament konfransı başladı

Tarix:4-12-2017, 10:32
Baxış Sayı:705

Avropa İttifaqının parlament konfransı başladı














Bu gün Tbilisidə "Avropa İttifaqı və tərəfdaşları: daha birlik naminə müxtəlifliyin əhatə olunması" adlı beynəlxalq konfrans başlayıb.
"Report" xəbər verir ki, tədbirə 17 ölkənin təmsilçiləri qatılıb.
Azərbaycanı konfransda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkənin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbədi Səməd Seyidov təmsil edir.
Tədbirdə əsasən Avropa İttifaqının xarici siyasəti və "Şərq Tərədaşlığı" proqramının iştirakçısı olan ölkələrlə münasibətlər müzakirə olunur.
Gürcüstan patlamentinin sədri İrakli Kibaxidze konfransı açaraq Avropa İttifaqı ilə əməkdaşlıgın perspektivlərindən, Gürcüstan parlamentinin qəbul etdiyi qanunlar, Avrointeqrasiya sahəsində və Aİ ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində gördüyü işlərdən danışıb.
Gürcüstanın baş naziri Georgi Kvirikaşvili çıxış edərək rəsmi Tbilisinin bütün nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Aİ ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib.
Konfransda Aİ-yə üzv ölkələr arasında əməkdaşlığın inkişafı, inteqrasiya proseslərinin gücləndirilməsi, bu sahədə parlamentlərin rolu və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı