veten informasiya agentliyi

Tağ Əhmədovun mənimsədiyi milyonlara YAP nə deyir? – “Məhkəmə araşdırmalıdır”

Tarix:13-07-2017, 13:21
Baxış Sayı:550

Tağ Əhmədovun mənimsədiyi milyonlara YAP nə deyir? – “Məhkəmə araşdırmalıdır”

















Dünən “MTN işi” ilə bağlı keçirilən məhkəmədə həbsdə olan general Akif Çovdarov Bakı Metropoliteninin sabiq rəisi, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov barəsində sensasion iddialar irəli sürüb

O, T. Əhmədovun dəyəri milyardlar edən mülklərinin siyahısını açıqlayıb. Məlum olub ki, sabiq metropolitençinin Dubayda otelindən tutmuş, paytaxtda bir neçə restoranına kimi bahalı obyektləri var.

Çovdarovun açıqlamalarından görünür ki, Əhmədov böyük əmlaklara sahib olmaqla yanaşı qanunsuz pul əməliyyatları da aparıb və cinayətlər törədib. Cəmiyyətdə böyük rezonans doğuran bu açıqlamalara isə hələlik qarşı tərəfdən reaksiya yoxdur. Hər kəsə bəllidir ki, bu mülklər, sərvətlər yalnız korrupsiya, dövlət büdcəsinə vurulan ziyan hesabına əldə edilə bilər. Ona görə də bu ifşaedici məlumatlardan sonra hazırda hakim partiyanın rayon təşkilatlarından birinə rəhbərlik edən T.Əhmədovun taleyi sual altındadır.

Məsələnin aktuallığını nəzərə alaraq BakuPost.az-ın əməkdaşı YAP-dan rəsmi münasibət almağa çalışıb. Partiyanın İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə açıqlamasında məhkəmədə tərəflərin müxtəlif fikirlər səsləndirə biləcəyini deyib: “Bu, məhkəmə predmeti olan bir məsələdir. Bunun partiyaya heç bir aidiyyəti yoxdur. Məhkəmə çəkişməsində ittiham edilən tərəflərdən biri bir iddia ilə çıxış edib. Məhkəmə də bunu araşdırır. Məhkəmədə tərəflər müxtəlif fikirlər irəli sürə bilərlər. Müəyyən iddia irəli sürülüb, fikir bildirilib, məhkəmənin də vəzifəsi onu araşdırmaqdır”.

Partiya funksioneri məsələylə bağlı digər suallara cavab vermək istəmədiyini bildirib.

Qazın qiyməti UCUZLAŞDI
Qazın qiyməti UCUZLAŞDI
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
İranlı futbolçulara ABŞ vizası verilib
İranlı futbolçulara ABŞ vizası verilib
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Trampdan İrana sərt mesaj
Trampdan İrana sərt mesaj
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?