veten informasiya agentliyi

“Qaçqınkom” sədrindən Astan Şahverdiyev məsələsinə münasibət - “O cür sözləri necə işlətmək olar?”

Tarix:28-12-2016, 14:46
Baxış Sayı:609

“Qaçqınkom” sədrindən Astan Şahverdiyev məsələsinə münasibət - “O cür sözləri necə işlətmək olar?”

"Astan Şahverdiyev əgər belə ifadələr işlədibsə, bu, böyük qəbahətdir”

Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom”) sədri Əli Həsənov 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Astan Şahverdiyevin qalmaqala səbəb olan fikirlərinə münasibət bildirib.

Ə.Həsənov "Report”a açıqlamasında deyib ki, Astan Şahverdiyev əgər belə ifadələr işlədibsə, bu, böyük qəbahətdir: "Onun mənə yaxın olmasının məsələyə nə aidiyyatı var?! Deputatı xalq seçir. Bilmirəm, Astan Şahverdiyev o cür ifadələr işlədib, ya yox... Əvvəla inanmram ki, o cür deyib. Əgər deyibsə, bu, böyük qəbahətdir.

O cür sözləri necə işlətmək olar?! Onu yaxşı tanıyıram, xalqını, vətənini sevir. Onun xanımının da müsahibəsini oxudum. Məncə, Astan Şahverdiyev müsahibəsində hər kəsi nəzərdə tutmayıb. Yəqin ki, "bəziləri” ifadəsini çıxarıblar. Özü ilə görüşməmişəm deyə konkret nəsə deyə bilmərəm. O, böyük alimdir, xalqı xaricdə təmsil edir, vətənpərvər insandır. Bu, necə olub, belə deyib bilmirəm”.

Qeyd edək ki, A.Şahverdiyevin bir neçə gün öncə "Azadlıq radiosu"na verdiyi müsahibə qalmaqala səbəb olub. Deputat müsahibəsində Biləsuvarda məskunlaşan Cəbrayıl rayonundan olan bəzi etirazçı məcburi köçkünləri "nəşəli", "içkili" adlandırıb. O, Rusiyaya işlə bağlı gedənlər barədə də "otxod" ifadəsini işlədib.

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə

Oğuzda quldurluq edən şəxs saxlanılıb
Oğuzda quldurluq edən şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov: “Arterial hipertoniya zamanı optimal müalicə taktikasını seçmək üçün əlaqəli risk faktorlarını öyrənmək vacibdir

Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib