veten informasiya agentliyi

Sentyabrda Qarabağda müharibə başlayacaq? - Astroloq cavab verdi

Tarix:29-06-2017, 10:56
Baxış Sayı:579

Sentyabrda Qarabağda müharibə başlayacaq? - Astroloq cavab verdi

















Son günlər sosial şəbəkələrdə, bəzi media vasitələrində sentyabrda Qarabağ müharibəsi başlayacağına dair məlumatlar yayılır

Hətta bu məsələni bəzi siyasi analitiklər də istisna etmir.

Qeyd edək ki, bu məsələni ilk dəfə gündəmə ekstrasens Nadim Alixanov gətirmişdi. Belə ki, Nadim Alixanov açıqlamalarının birində sentyabrda müharibənin başlayacağına əmin olduğunu bildirmişdi. Məsələ ilə bağlı tanınmış astroloq Səbuhi Rəhimli açıqlama verib. S.Rəhimlinin sözlərinə görə, bu iddianı dəstəkləyən heç bir fakt yoxdur:

“Zaman-zaman bu cür fikirlər səslənib. Ancaq müharibənin başlayacağını demək üçün heç bir əsas yoxdur. Digər tərəfdən də bu cür məsələlərdə deyilənlər heç vaxt təsdiqini tapmır.

ABŞ İraqa girmək üçün vaxt vermişdi, ancaq dediyi vaxta deyil, 1 il sonra İraq əməliyyatına başladı. Ümumiyyətlə, sentyabrda müharibə başlayacağı ehtimalı yoxdur. Əgər Azərbaycan tərəfi Ermənistanın torpaqları boşaltmaq üçün vaxt versəydi, bu ehtimalı səsləndirmək olardı. Ancaq indiki şəraitdə müharibə söz-söhbətləri cəfəngiyyatdan başqa bir şey deyil. Cəbhə xəttində ancaq lokal əməliyyatlar ola bilər ki, o da demək olar ki, hər gün olur. Ermənistan ordusunun təxribatlarının qarşısını almaq üçün Azərbaycan tərəfi hər dəfə bu cür əməliyyatlar keçirir. Yəni nə siyasi, nə də astroloji baxımdan sentyabrda müharibə olması ehtimalı var”. (Cebhe.info)

Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Azərbaycanda payız yay havasına döndü
Azərbaycanda payız yay havasına döndü
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?