veten informasiya agentliyi

Hacıbala Abutalıbova böyük zərbə: "İllik 50 milyon gəlir gətirən sahə əlindən alındı"

Tarix:22-06-2017, 10:36
Baxış Sayı:754

Hacıbala Abutalıbova böyük zərbə: "İllik 50 milyon gəlir gətirən sahə əlindən alındı"

















Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov daha bir gəlirli sahəyə nəzarəti itirib.


AZXEBER.COM xəbər verir ki, "Yeni Müsavat”ın yazdığına görə, Dövlət Reklam Agentliyi publik hüquqi şəxsin yaradılması ilə Bakı meri bu sahəyə nəzarəti itidi. İllərdir ki, BŞİH-in strukturunda Reklam və İnformasiya İdarəsi adlı bir qurum fəaliyyət göstərir.

Reklam və İnformasiya İdarəsi qanunvericiliklə küçə reklam daşıyıcılarına aid edilmiş reklamların yerləşdirilməsinə icazələrin verilməsini təmin edir və gerçək olan odur ki, BŞİH illərdir bu gəlirli sahənin şəriksiz sahibi hesab olunurdu.

Qəzet yazır ki, bəzi məlumatlara görə, ölkədə reklam bazarının illik dövriyyəsi 100-150 milyon manata yaxındır. Bu məbləğin yarıdan çoxu isə məhz çoxlarının adi lövhə kimi gördüyü Bakının küçə reklamının - billboardların payına düşür. Bəzi mənbələr iddia edir ki, Abutalıbovun rəhbərlik etdiyi meriya bu reklam biznesindən rəsmi olaraq illik 50 milyon manatdan çox gəlir əldə edir.

Mediada illərdir Abutalıbovun tənqid hədəfinə çevrilməsinin əsas səbəblərindən biri də bu gəlirli sahəyə nəzarət, daha doğrusu, nəzarətsizlik idi. İddialar var ki, mer və onun yaxın adamları böyük bir meqapolisə çevrilmiş Bakının reklam bazarında illərdir şəriksiz səlahiyyət sahibi olmaqla yanaşı, qurumun hesabına yığılan gəlirləri də büdcədən yayındıra biliblər.

Təsadüfi deyil ki, BŞİH reklam bazarından olan gəlirlərini ictimaiyyət üçün heç vaxt açıqlamayıb.

Xeyli müddətdir ki, Abutalıbov da sabiq nəqliyyat naziri Ziya Məmmədov nümunəsində olduğu kimi, nəzarət sahələrini itirməkdədir. Əvvəl nəqliyyat və yolların təmir-tikintisindən uzaqlaşdırılan mer bir müddət əvvəl parkinqlərə nəzarəti də itirdi. Bununla da Abutalıbov bir çox ciddi gəlir qaynaqlarından faktiki məhrum edilib.

Məlumatlar var ki, Prezident Administrasiyasına və dövlət başçısına ən çox narazılıq edilən qurumlardan biri də BŞİH barədədir. Bu da iqtidarla Abutalıbovun yolayrıcı kimi izah edilir.

Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Bakıda Bal Yarmarkası başlayır
Bakıda Bal Yarmarkası başlayır
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı