veten informasiya agentliyi

ABŞ azərbaycanlılarının Ermənistanın müharibə cinayətlərinə etirazları davam edir

Tarix:27-10-2022, 18:00
Baxış Sayı:135

ABŞ azərbaycanlılarının Ermənistanın müharibə cinayətlərinə etirazları davam edir
ABŞ azərbaycanlılarının Ermənistanın müharibə cinayətlərinə etirazları davam edir
ABŞ azərbaycanlılarının Ermənistanın müharibə cinayətlərinə etirazları davam edir
ABŞ-ın müxtəlif ştatlarında yaşayan Azərbaycan icmasının Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlar və İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin bombardman etdiyi Azərbaycan şəhərləri ilə bağlı beynəlxalq ictimaiyyətə müraciətləri davam edir.
 
"United Charities for Azerbaijan" Xeyriyyə Fondunun rəhbəri Gündüz Tahirli, diaspor fəalı, “Delicious Food” restoranının sahibi Sevda Tahirli, Amerika Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri Lalə Rəhimova və diaspor fəalı Günay Əskərovanın adından “Human Rights Watch”, “Freedom House”, “Front Line Defenders”, “Open Society Foundation” və digər beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərdə bildirilib ki, Azərbaycan əsilli amerikalılar Ermənistanın növbəti hərbi cinayətinin ifşası olan Edilli cinayəti qurbanlarının və 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Ermənistan silahlı qüvvələrinin Azərbaycan şəhərlərinə raket hücumları nəticəsində həlak olanların xatirəsini ehtiramla yad edirlər.

Edillidə aşkar edilmiş qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılara məxsus olduğu, Ermənistan tərəfinin indiyədək 4000-dək azərbaycanlının taleyi və kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırdığı, Ermənistanın II Qarabağ müharibəsi zamanı törətdiyi hərbi təcavüz nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxsin həlak olduğu, 454 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı, mülki infrastruktura ciddi ziyan dəydiyi nəzərə çatdırılıb.

Ermənistan silahlı qüvvələrinin 30 illik işğal dövründə ölkəmizə və xalqımıza qarşı törətdiyi müharibə cinayətlərini bir daha xatırladan soydaşlarımız bildiriblər ki, rəsmi İrəvan müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətməyə çalışır.

ABŞ azərbaycanlılarının insanlığa və sülhə qarşı törədilmiş bu cinayətləri hiddətlə pislədikləri, beynəlxalq təşkilatların bu qanlı cinayətlərin törədilməsinə susmasının yolverilməz olduğu, diaspor təşkilatlarının çoxsaylı müraciətlərinə baxmayaraq, müharibə canilərinin indiyədək ədalət məhkəməsi qarşısına çıxarılması istiqamətində əməli addım atılmamasından dərin təəssüf hissi keçirdikləri bir daha vurğulanıb.

Azərbaycan əsilli amerikalılar beynəlxalq birlikdən Ermənistanın hərbi cinayətlərinə birdəfəlik son qoyulması, müxtəlif vaxtlarda etnik zəmində törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərə görə cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı hüquq müstəvisində təcili tədbirlər görülməsini tələb ediblər.

Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun siyahısına daxil edilib
Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun siyahısına daxil edilib
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Xaldan kənd kompleks tam orta məktəbinə kitablar ianə edilib
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Xaldan kənd kompleks tam orta məktəbinə kitablar ianə edilib
Yevlax məktəblilərinin direktor və fənn müəllimləri ilə görüş
Yevlax məktəblilərinin direktor və fənn müəllimləri ilə görüş
Təhsil sektorları arasında intellektual çempionat keçirilib
Təhsil sektorları arasında intellektual çempionat keçirilib
Binəqədi rayonunda vətəndaşlar son bir neçə gün ərzində 5 ədəd tapança və 1 ədəd avtomatı könüllü polisə təhvil veriblər
Binəqədi rayonunda vətəndaşlar son bir neçə gün ərzində 5 ədəd tapança və 1 ədəd avtomatı könüllü polisə təhvil veriblər
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 6 saylı tam orta məktəbdə “Gənclər narkomaniyaya yox deyir” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 6 saylı tam orta məktəbdə “Gənclər narkomaniyaya yox deyir” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Ağsuda xeyli sayda silah-sursat aşkar edilib, 6 odlu silah isə könüllü təhvil verilib
Ağsuda xeyli sayda silah-sursat aşkar edilib, 6 odlu silah isə könüllü təhvil verilib