veten informasiya agentliyi

"İlham Əliyev imam, peyğəmbər kimi insandır"

Tarix:2-05-2017, 12:10
Baxış Sayı:676

"İlham Əliyev imam, peyğəmbər kimi insandır"

















“Necə ki, Türkiyədə FETÖ var idi, elə bir qurumun oxşarı da Azərbaycanda var. İstənilən zaman bunlardan istifadə edib ölkəyə, prezidentə qarşı mənfi imic formalaşdırmaq istəyirlər.”

Bunu moderator.az -a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədrinin sözlərinə görə, bu insanlar Azərbaycana xidmət etmək istəmirlər:

“Sizə bir fakt deyəcəm. Keçmiş müdafiə naziri Rəhim Qazıyevin köməkçisi hava limanında çox yüksək bir vəzifədə işləyir. Belə adamlar təbii ki, Azərbaycana xidmət etmək istəmirlər. Həbsxanada intihar xəbəri yayıldı, bunu edən həmin insanı o həddə çatdıran hansısa harınlamış həbsxana əməkdaşıdır. Belə insanların əməlləri birbaşa prezidentə qarşı yönəlir. Təcridxanada baş verən hadisədən dərhal sonra Əli Kərimli və Cəmil Həsənli bəyanat yayaraq ölkəmizin adını ləkələməyə cəhd edirlər. Bu adamlar bilməlidirlər ki, ölkədə hər şeyi bir insandan tələb etmək doğru deyil. Onlar nəyə görə mən Hafiz Hacıyev kimi digər məmurların üzərinə getmir? Niyə bu rüşvətxor məmurları ifşa edəcək bir addım atmırlar? Oturub hazır gözləyirlər ki, Azərbaycanda bir neqativ hadisə olsun onlar da İlham Əliyevi ittiham eləsinlər. Cənab prezident Peyğəmbər, imam kimi bir insandır. Çox humanist bir şəxsdir, ətrafında olan insanlar prezidentimizin demokrat olmasından istifadə edir. Türmə rəisi julik, banditdir, orada min oyundan çıxır, mənfi əməlləri üzə çıxdıqda isə prezident ittiham olunur. Bu adamlara qarşı tədbir görülməlidir. Elə bu dəqiqələrdə aldığım məlumata görə, Türmədəki rejim rəisi və daha bir əməkdaşı vəzifəsindən azad olunub, 2 nəfərə qarşı isə töhmət verilib. Bu məsələdə günahkar olan bütün şəxslər cəzalanmalıdır.”

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?