veten informasiya agentliyi

İlham Əliyev: "Referendum Türkiyənin mövqeyini daha da gücləndirəcək"

Tarix:17-04-2017, 10:07
Baxış Sayı:820

İlham Əliyev: "Referendum Türkiyənin mövqeyini daha da gücləndirəcək"















Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.

AZƏRTAC bildirir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım, Türkiyə Respublikasının Konstitusiyasına dəyişikliyi nəzərdə tutan ümumxalq səsverməsinin - referendumun müvəffəqiyyətlə başa çatması münasibətilə Sizi və Sizin simanızda qardaş Türkiyə xalqını səmimi qəlbdən təbrik edirəm.

Referendumun nəticələri xalqın Sizə olan inam və etimadının təzahürü, qardaş Türkiyənin daha da inkişafı və qüdrətlənməsi istiqamətində apardığınız uğurlu siyasətə və xidmətlərinizə verilən qiymətdir. Heç şübhə yoxdur ki, bu referendum qardaş ölkənizin tarixində yeni mərhələnin başlanğıcı olacaq, sabit və güclü Türkiyənin beynəlxalq müstəvidə rolunu və mövqeyini daha da gücləndirəcəkdir. Məmnunluqla qeyd etmək istəyirəm ki, son illər ərzində Azərbaycan və Türkiyə arasında əməkdaşlıq münasibətləri böyük inkişaf yolu qət etmişdir.

İkitərəfli və çoxtərəfli müstəvidə uğurlu əməkdaşlığımız, eləcə də birgə səylərimizlə həyata keçirdiyimiz irimiqyaslı layihələr bölgədə sülhə, sabitliyə və inkişafa xidmət edir. Əminəm ki, birgə səylərimizlə müstəsna xarakter daşıyan əlaqələrimiz, ölkələrimiz arasında təşəkkül tapmış dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri xalqlarımızın rifahı və ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra daha da genişlənəcək və möhkəmlənəcəkdir.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, yeni müvəffəqiyyətlər, qardaş Türkiyə xalqına isə daim tərəqqi və çiçəklənmə arzulayıram".

Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Azərbaycanda payız yay havasına döndü
Azərbaycanda payız yay havasına döndü
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?