veten informasiya agentliyi

“Sabah səfərbərlik də elan oluna bilər”

Tarix:7-04-2017, 12:38
Baxış Sayı:651

“Sabah səfərbərlik də elan oluna bilər”















Aprel döyüşlərinin dayandırılmasından bir il ötür. Cəmiyyətdə aprel döyüşlərinin dayandırılması ilə bağlı birmənalı fikir yoxdur. Bəziləri belə hesab edir ki, bu döyüşlər dayandırılmasaydı, Azərbaycan ordusu hətta Xankəndinə qədər gedib çıxa bilərdi. Bəziləri isə bu qənaətdədir ki, döyüşlər dayandırılmasaydı, Azərbaycan Rusiyanın və yaxud NATO-nun hərbi müdaxiləsi ilə üzləşəcəkdi.
Moderator.az məsələnin sırf hərbi tərəfi ilə bağlı Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik Şair Ramaldanovun fikirlərini öyrənib.
Şair Ramaldanov bildirib ki, aprel döyüşləri hücum deyil, əks-hücum əməliyyatı idi, bu səbəbdən deyilənlərin heç bir əsası yoxdur:
“Aprel döyüşləri haqqqında ətraflı məlumat verilib. Deyilən fikirlər isə əsasızdır. Ona görə ki, aprel döyüşləri hücum əməliyyatı deyildi, əks-hücum əməliyyatı idi. Ermənilər geniş təxribata əl atmaq istəyirdilər, Azərbaycan ordusu isə onların cavabını artıqlaması ilə verdi. Aprel döyüşlərində qarşıya vəzifə qoyulmamışdı ki, işğal olunmuş Azərbaycan torpaqlarının hamısı azad olunsun. Hazırda da lazım gəlsə, geniş miqyaslı əməliyyatlar aparmaq üçün tədbilər görülə bilər, o tədbirləri müəyyən şəkildə əhali də hiss edər. Hamı bilir ki, sabah səfərbərlik də elan oluna bilər. Aprel döyüşlərinin əsas nəticəsi o oldu ki, biz bir sınaq yaşadıq. Təlimlərdə yox, döyüşdə döyüşə aid şeyləri sınaqdan keçirdik. Digər tərəfdən ən böyük sınaq bizim cəmiyyət üçün oldu. Cəmiyyət birlik nümayiş elətdirdi. Müxalifət-iqtidar sözü olmadı. Bizim gənclərin Qarabağda döyüşlərə olan münasibətini gördük. Bütün cəmiyyət prezidenti dəstəkləyərək birlik nümayiş etdirdi. Aprel döyüşlərində növbəti iri miqyaslı hücum əməliyyatının təməli qoyuldu. Ancaq dediyim kimi, tapşırıq tam başqa tapşırıq idi. O tapşırığı da bizim birləşmələrin hərbi hissələri yerinə yetirdilər”.

Merts etiraf etdi: ABŞ Ukraynaya pul ayırmır, yük Avropanın üzərinə düşüb
Merts etiraf etdi: ABŞ Ukraynaya pul ayırmır, yük Avropanın üzərinə düşüb
“Azəriqaz” rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edəcək
“Azəriqaz” rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edəcək
Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq
Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq
ABŞ Qran Prisi təhlükədə - Məhkəmə iddiası qaldırıldı
ABŞ Qran Prisi təhlükədə - Məhkəmə iddiası qaldırıldı
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Avtobuslarda qulaqlıqdan istifadə etməyənlər cərimələnəcək
Avtobuslarda qulaqlıqdan istifadə etməyənlər cərimələnəcək
Ukrayna müharibəyə gündə nə qədər pul xərcləyir? - RƏQƏM AÇIQLANDI
Ukrayna müharibəyə gündə nə qədər pul xərcləyir? - RƏQƏM AÇIQLANDI
Azərbaycanda Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM
Azərbaycanda Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM