veten informasiya agentliyi

ABŞ-ın daha bir şəhərində “Azərbaycan Milli Günü” elan edildi

Tarix:16-05-2019, 11:57
Baxış Sayı:390

ABŞ-ın daha bir şəhərində “Azərbaycan Milli Günü” elan edildi


ABŞ-ın Nyu-Meksiko ştatının Albukerke şəhəri mayın 28-ni “Azərbaycan Milli Günü” elan edib.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, bununla bağlı şəhər meri Timoti M. Keller (Timothy M. Keller) tərəfindən müvafiq bəyannamə imzalanıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır.
Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Sənəddə həmçinin ABŞ və Albukerke şəhəri də daxil olmaqla, bütün dünyada yaşayan azərbaycanlıların 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram edərək, öz ata-babalarının Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionlarında demokratiyanın yayılmasına verdiyi töhfələri xatırladığı və Azərbaycan Respublikasının azad və müstəqil dövlət kimi önəmli uğurlarını qeyd etdiyi bildirilir. Bəyannamənin sonunda 28 may tarixi Albukerke şəhərində “Azərbaycan Milli Günü” elan edilir.

ABŞ-ın daha bir şəhərində “Azərbaycan Milli Günü” elan edildi

NOVRUZ ASLANOV ZİYALILIĞI
NOVRUZ ASLANOV ZİYALILIĞI
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Ötən həftə 9 meyit aşkarlandı
Ötən həftə 9 meyit aşkarlandı
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış