veten informasiya agentliyi

"Onların adlarını çəkəndə özlərini "qəhrəman" sayırlar" — Tağı Əhmədov

Tarix:21-12-2018, 09:56
Baxış Sayı:410

"Onların adlarını çəkəndə özlərini "qəhrəman" sayırlar" — Tağı Əhmədov














Bakı Metropoliteninin sabiq rəisi, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov son vaxtlar sosial şəbəkəklərdə Azərbaycanın dövlət başçıları və ayrı-ayrı məmurlar haqqında söyüş və təhqir kampaniyası aparan şəxslərə cavab verib.
Tağı Əhmədov açıqlamasında onları bu cür əməllərdən əl çəkməyə çağırıb:

"Onların adlarını çəkəndə, onlar özlərini "qəhrəman" sayırlar. Vətənini, xalqını, millətini sevən bir şəxs başqa yerlərdə bu cür ifadələr işlətməz. Mən onların adlarını çəkmək istəmirəm. Doğrudan da onların bu cür hərəkətləri iyrənclikdir. Hər hansı normal müxalifət kim olursa olsun, o, dövlətçilik məsələlərində iqtidarla bir yerdə olmalıdır. Daha qaçıb artıq-əskik danışmamalıdır".

Tağı Əhmədov bildirib ki, Ulu Öndər Heydər Əliyevin ünvanına təhqiramiz sözlər deyiləndə adamın əsəblərinə toxunur:
"İnanın ki, əsəb bu cür sözlərə tab gətirmir. Çünki bu dövləti ulu öndər Heydər Əliyev qurub, yaradıb. Əgər bu dövlətdə səfalət, aclıq 49 faizdən 5 faizə gəlib düşübsə, bu dövlət xalq içində yox, dövlət içində təmsil olunubsa, o zaman bu dövlətin qurucusu olan Heydər Əliyev haqqında bu cür sözlər söyləmək yalnız naqislik və nakəslikdir".

Təşkilat sədri həmçinin deyib ki, hər dəfə prezidenti dəyişib başqa bir əllərə verməklə Azərbaycanı parçalamağa ehtiyac yoxdur:

"Azərbaycanda bu gün olan sabitlik və əmin-amanlıq heç bir yerdə yoxdur. Bu gün Şərq ölkələrinə baxanda görürsən ki, bu dövlətlər hansı vəziyyətdədir, 10 milyonluq əhalisi olan Azərbaycan hansı vəziyyətdədir".

Qazın qiyməti UCUZLAŞDI
Qazın qiyməti UCUZLAŞDI
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
İranlı futbolçulara ABŞ vizası verilib
İranlı futbolçulara ABŞ vizası verilib
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Trampdan İrana sərt mesaj
Trampdan İrana sərt mesaj
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?