veten informasiya agentliyi

Rəsmi Bakıdan Fransaya ETİRAZ

Tarix:12-10-2018, 11:29
Baxış Sayı:423

Rəsmi Bakıdan Fransaya ETİRAZ














Fransanın Alforvil və Valans şəhərlərinin merlərinin ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərlərini qətiyyətlə pisləyir və bildiririk ki, bu beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də Azərbaycanın qanunvericiliyinin kobud şəkildə pozulması halıdır və Ermənistanın gücdən istifadə etməklə işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edir.

Azərbaycan Xarici İşlər Nazirliyindən Minval.İnfo-ya verilən xəbərə görə, yerli özünüidarəetmə orqanlarının bu kimi təxribatçı əməlləri Fransa və Azərbaycan arasında imzalanmış sazişlərin dili və ruhu ilə, eləcə də Fransanın milli qanunvericiliyi ilə ziddiyyət təşkil edir:

“Həmçinin bu kimi səfərlər, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri qismində çıxış etdiyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həlli prosesinə yardım etmir.

Bu xüsusda xatırladırıq ki, Fransanın xarici işlər və Avropa üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təmimi təlimat bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamaq, səfərlər həyata keçirmək və birgə tədbirlər təşkil etməyi qadağan edir.

Fransa tərəfinin diqqətini Fransa Konstitusiyasının 73-cü maddəsi və yerli özünüidarəetmə qurumlarının ümumi kodeksinin L.1115-1 maddəsinə uyğun olaraq qəbul edilmiş və qüvvədə olan bu təmimi təlimatın məcburi xarakter daşıdığına yönəldir və onu bu sənədin müddəalarının dərhal və şərtsiz həyata keçirilməsi üçün müvafiq addımlar atmağa çağırırıq”.

Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Azərbaycanda payız yay havasına döndü
Azərbaycanda payız yay havasına döndü
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?