veten informasiya agentliyi

Tanınmış aktyorumuz vəfat etdi

Tarix:4-07-2017, 11:51
Baxış Sayı:649

Tanınmış aktyorumuz vəfat etdi

Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist Telman Əliyev qəflətən dünyasını dəyişib.

"Ölkə.Az"-ın məlumatına görə, bir neçə dəqiqə əvvəl vəfat edib.

Xəbəri əməkdar artistin həmkarları Ölkə.Az-a təsdiqləyiblər.

Xatırladaq ki, Telman Əliyev 1 noyabr 1947-ci ildə Gəncə şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni–maarif fakültəsini bitirib. Gəncə Dövlət Dram Teatrının səhnəsində Bəhram ("Solğun çiçəklər" Cəfər Cabbarlı), Baloğlan ("Almaz" Cəfər Cabbarlı), Şeyx Alı ("Vaqif" Səməd Vurğun), Məşədi İbad ("Məşədi İbad" Üzeyir Hacıbəyov), Əliqulu ("Əliqulu evlənir" Sabit Rəhman), Xurşidbanu Natəvanın oğlu ("Xan qızı" F.Əliyarbəyli), Əziz ("Qatır Məmməd", Zahid Xəlil), Sabir ("Yeddi oğlan və bir qız" R.Ağayev), Molla Sadıq ("Dəli Kür" İsmayıl Şıxlı) və s. rolları oynamışdır. 2000-ci ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Bu teatrda Balaxan ("Aydın" Cəfər Cabbarlı), Şüeyb ("Ulduz, yaxud Ədirnə fəthi" Cəfər Cabbarlı), Baba ("Poçt şöbəsində xəyal", Elçin), Qüdrət Qurbanoviç ("Köhnə ev", Əli Əmirli), Yoldaş Əmrah ("Bu dünyanın adamları", Hidayət), Teromen ("Fedra", J.Rasin), Sintizator ("Hələ "Sevirəm" deməmişdilər", Ramiz Novruz), Qulamoğlu ("Hərənin öz payı", Xeyrəddin Qoca), Dilənçi ("Varlı qadın" Əli Əmirli), Şeyx Əhməd ("Ölülər" Cəlil Məmmədquluzadə), serjant ("Generalın son əmri", Vaqif Səmədoğlu) və s. rolları oynamışdır. "Bir aktyorun teatrı" ( Araq düşkünü), "Bahar-99" (Məşədi) teletamaşalarına və "Şeytan içimizdədir" (şöbə rəisi), "Yük" (Duxançı), "Bizi dağlarda axtarın" filmlərinə çəkilib.

Allah rəhmət eləsin!

Tanınmış aktyorumuz vəfat etdi

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb