veten informasiya agentliyi

Azərbaycanlı sənətçi "American Protégé-2022” beynəlxalq vokal müsabiqəsində I yeri tutub

Tarix:18-07-2022, 14:18
Baxış Sayı:479

Azərbaycanlı sənətçi "American Protégé-2022” beynəlxalq vokal müsabiqəsində I yeri tutub
Azərbaycanlı sənətçi "American Protégé-2022” beynəlxalq vokal müsabiqəsində I yeri tutub
Azərbaycanlı sənətçi "American Protégé-2022” beynəlxalq vokal müsabiqəsində I yeri tutub
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Urfan Cəfərov "American Protégé-2022” beynəlxalq vokal müsabiqəsinin qalibi olub.

Bu barədə məlumat müsabiqənin https://americanprotege.com saytında yerləşdirilib.

Nyu-York şəhərində baş tutan müsabiqədə 21 ölkənin – ABŞ, Azərbaycan, Avstriya, Kanada, Bosniya və Herseqovina, Çin, Danimarka, Honq-Konq, Hindistan, İndoneziya, İran, Yaponiya, Litva, Malayziya , Yeni Zelandiya, Sinqapur, Cənubi Koreya, Şri-Lanka, Tailand və Ermənistanın vokal ifaçıları iştirak ediblər.

Müsabiqə böyük rəqabət şəraitində özünü sınamaq istəyən müğənnilər üçün nəzərdə tutulub. Bu mövsümdə münsiflər heyəti üzvlərinin tələbələrinə müsabiqədə iştirak etmək icazəsi verilməyib.

Müsabiqədə ilk dəfə olaraq Azərbaycan təmsilçisi Urfan Cəfərov uğur qazanıb. 26 yaşlı soydaşımızın səsi və səhnə mədəniyyəti münsiflər heyətini heyran edib. Müsabiqənin müxtəlif kateqoriyalar üzrə qaliblərinə, o cümlədən Urfan Cəfərova “Karnegi Hall”da keçiriləcək qala-konsertdə iştirak etmək və bir solo-konsertlə çıxış etmək imkanı yaradılıb.

Qeyd edək ki, Urfan Cəfərov 2-5 dekabr 2021-ci il tarixlərində Ukraynanın Truskavets şəhərində keçirilən Müslüm Maqomayev adına IV Beynəlxalq vokalçılar müsabiqəsinin də qalibi olub. Həmin müsabiqə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Truskavets şəhər şurasının təşkilatçılığı ilə baş tutub.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu Urfan Cəfərov xalq artisti, tanınmış vokal ifaçısı Xuraman Qasımovanın tələbəsi olub. Respublika və beynəlxalq müsabiqələr laureatı, gənc opera müğənniləri arasında Avropa çempionudur.

NOVRUZ ASLANOV ZİYALILIĞI
NOVRUZ ASLANOV ZİYALILIĞI
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Ötən həftə 9 meyit aşkarlandı
Ötən həftə 9 meyit aşkarlandı
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış