veten informasiya agentliyi

Mehriban Əliyevanın evləndirdiyi gənclər: Evimiz, işimiz var – VİDEO

Tarix:6-03-2017, 11:31
Baxış Sayı:951

Mehriban Əliyevanın evləndirdiyi gənclər: Evimiz, işimiz var – VİDEO














Valideynlərindən məhrum olan cütlüyə dövlət sahib çıxdı. Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Yasəmən və İbrahim adlı gənclərin möhtəşəm toy mərasimi keçirilib.

“Xəzər Xəbər” kollektivi bu gün gənc ailənin evində qonaq olub.

Ailə quran gənclər Nizami rayonunda valideyn himayəsindən məhrum olan gənclər üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş yaşayış binasında mənzillə təmin edilib.

Valideyn himayəsindən məhrum olan İbrahim və Yasəmən Nizami rayonundakı 1 saylı uşaq evində böyüyüblər. Elə onların məhəbbət hekayələri də burada başlayıb.

İbrahim Abzotov 1989-cu ildə Bakıda doğulub. Kiçik yaşlarından valideyn himayəsindən məhrum olan İbrahim Nizami rayonundakı 1 saylı uşaq evində böyüyüb. Yasəmən Abzotova 1994-cü ildə Bərdə rayonunun Alaçadırlı kəndində dünyaya gəlib. 2001-ci ildən valideyn himayəsindən məhrum olub. Nizami rayonundakı 1 saylı uşaq evində təlim-tərbiyə alıb.

Yasəmən Azərbaycan Dillər Universitetinin beynəlxalq münasibətlər fakültəsində təhsil alıb. İbrahim isə təhsilini başa vurduqdan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində işlə təmin olunub.

Toy mərasimində bəylə gəlinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından avtomobil hədiyyə olunub.



Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Azərbaycanda iki fəsil yoxa çıxır
Azərbaycanda iki fəsil yoxa çıxır
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Dəhşətli PROQNOZ: Qiymətlər "od tutub yanacaq"
Dəhşətli PROQNOZ: Qiymətlər
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq