veten informasiya agentliyi

Azərbaycanda Meydan TV və digər saytlar niyə bloklanıb? - Məhkəmə prosesi

Tarix:2-05-2017, 10:33
Baxış Sayı:940

Azərbaycanda Meydan TV və digər saytlar niyə bloklanıb? - Məhkəmə prosesi

















Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin azadliq.info, azadliq.org, azərbaycansaati.com, Meydan.tv saytlarını, "Turan” telekanalı (Turan TV) və "Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı məhkəmə iclası başlayıb.

"Qafqazinfo" lent.az-a istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Bəxtiyar Məmmədli çıxış edərək qeyd edib ki, baş prokuror Zakir Qaralovun imzası ilə martın 27-də nazirliyə məktub daxil olub: "Məktubda göstərilib ki, sözügedən saytlarda ölkənin konstitusion quruluşunun zorla dəyişdirilməsinə, destruktiv hərəkətlərə çağırış, radikal dini qrupların təbliğinə yönəlik materiallar yayımlanır. Həmin materiallar dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaratdığına görə tədbir görülməsi istənilib. Nazir də prokurorluqdan gəlmiş bu məktub əsasında elə həmin gün təxirə salınmadan tədbir görüb - ölkə ərazisində həmin saytlara giriş məhdudlaşdırılıb”.

Nazirliyinin nümayəndəsi B.Məmmədli məqalələrin surətini saytların nümayəndələrinə təqdim edib.

Adı çəkilən saytların vəkilləri vərəqlərin sübut kimi qəbul olunmasına etiraz ediblər.

Vəkillərin suallarına cavab olaraq Bəxtiyar Məmmədli bildirib ki, nazirlik Baş Prokurorluğun gəldiyi nəticə ilə razılaşıb, özü əlavə heç bir araşdırma aparmayıb.

Hakim bildirib ki, həm linqvistik ekspertiza, həm də prokurorluğun prosesə cəlbi məsələsinə növbəti məhkəmə iclasında baxılacaq.

Məhkəmə prosesə mayın 3-də davam edəcək.

Qeyd edək ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi "Azadlıq” qəzetinin azadliq.info, "Azadlıq” radiosunun azadliq.org saytları, həmçinin, azərbaycansaati.com, Meydan.tv saytlarını, "Turan” telekanalı (Turan TV) və "Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib.

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?